Nlp: Düşüncənin Fiziologiyası

0
1937
Nlp: Düşüncənin Fiziologiyası

 NLP-nin əsas prinsiplərindən biri də zehin və bədənin bir sistem olaraq hərəkət etdiyidir. Yəni, zehinimizdə nələr olursa, bədənimiz onu eynilə əks etdirir. Bunun tərsi də doğrudur: Bədənimiz nələri əks etdirirsə, zehnimizdə də onlar yaşanır deməkdir.

Fərqli ruh halında olan insanların fiziologiyası da fərqlidir. Əsəbi, sevincli, xoşbəxt və qarışıqlıq içində olan insanların fiziologiyaları da fərqlidir. Özünə güvənən, qorxan, təəccüblənən insanların fiziologiyası da fərqlidir.

NLP daha çox fərqli düşüncə sistemləri istifadə edən insanların özlərinəxas fiziologiyasına diqqət edər. Məsələn, zehnində canlandırma edən insanlar adətən, gözləri yuxarı doğru baxarkən boyun əzələləri gərgindir, başları arxaya doğru gedər və alınları qırışıqdır. Hətta bu insanlar boyun və baş ağrılarından şikayət edirlər.

Nəfəs alıb vermək də fərdləri müxtəlif bir fiziologiya içinə salar. Zehndə canlandırma edən ya da zehnində şəkillərlə düşünən insanlar əsasən, sinələri ilə sürətli şəkildə nəfəs alıb verirlər. Nəfəsləri qısa və tezdir və bu səbəbdən sürətli və yüksək tempdə danışarlar.

Audial düşünənlər də vizual düşünənlər kimi bədənlərini fərqli şəkildə istifadə edir. Bu şəkildə düşünən insanlar bədənlərini ritmik şəkildə sağa, sola, önə, arxaya doğru hərəkət etdirirlər. Bəzən düşünərkən başlarını yana əyərlər. Bəziləri, telefon söhbəti zamanı başını bir əlinə söykəyərək qulaq asar və dinləmə əsnasında səsləri başlarının içində eşidərlər. Eşitdikləri səsi təkrar edərlər və səssiz şəkildə özlərinə söyləyərlər.

Kinestetik düşünənlər də fiziologiyalarını özlərinə görə istifadə edirlər. Ümumiyyətlə, bu tip insanlar danışarkən gözləri aşağı baxar. Xüsusilə, sağ tərəfə ilişib qalarlar (sağ əlini istifadə edənlər). Özlərini tamamilə oturduqları kreslonun ya da kürsünün içinə həbs edər və tamamilə özlərini rahatladarlar. Çox zaman, hisslərinə fokuslanırlar. Dərin diafraqma nəfəsi alırlar. Səs tonları yüngül və monotondur. Az hərəkət edərlər və hərəkətləri ağır və yavaşdır.

Bədən dili universal bir quruluş daşımasına baxmayaraq, bədən dilini meydana gətirən əsl element insanların düşüncə və təmsil (Beyin dili) sistemləridir. İnsanlar bu təmsil sistemlərinin istiqamətində və sahib olduqları filterlər sayəsində hərəkət edərlər. Yaxşı bir ünsiyyətçi ola bilmək üçün təmsil sistemlərinin başa düşülməsi son dərəcə əhəmiyyətlidir.

ŞƏRH YAZIN