Nlp Həyatınızı Necə Dəyişdirər???

0
1729
Nlp Həyatınızı Necə Dəyişdirər???

 NLP həyatımızda üzərində düşünmədən, avtomatik olaraq reallaşdırdığımız qavrama, düşünmə və davranış proseslərini şüurlu hala gətirmək və inkişaf etdirməkdə təsirli olan bir metoddur. NLP-nin infrastrukturunu insanların ətraflarını necə qəbul edib nə şəkildə reaksiya göstərdikləri, necə ünsiyyət qurduqları və davranış qəlibləri üzərində edilən araşdırmalar meydana gətirir.


Sağlamlığımıza təsir edən ünsürlər arasında həyatı necə qavradığımız, qarşılaşdığımız hadisələrə verdiyimiz reaksiyaların necə olduğu, inandığımız doğrular, dəyərlər və inancımızın böyük payı vardır. Zehin və bədən arasında sağlam, balanslı bir əlaqənin qurula bilməsi üçün bizim də işimizə yarayan, bizim istəklərimizi dəstəkləyən dəyərlərə və inanclara ehtiyacımız vardır.

NLP insanın dəyişməsi üçün təsirli bir metodologiya təklif edir. NLP istifadəçiləri onun prinsip və texnikalarını həyatlarında tətbiq etdikləri üçün hər gün faydasını görərlər.

Amerikada yaradılan NLP zehin ilə dil arasındakı qarşılıqlı təsirin davranışlarımıza necə əks olunduğunu təsvir edir. Bizə müvəffəqiyyət və motivasiya strategiyalarını öyrədir və bu strategiyaları daxilimizdə əks etdirərək, bacarıq halına gətirir. Öz ünsiyyət strategiyalarımızdan istifadə edərək, həm şəxsi, həm də iş həyatımızda təsirli ünsiyyət qurma bacarığı qazandırır. Beləliklə, bizim daha xoşbəxt, daha uğurlu və daha güclü bir həyat yaşamağımıza kömək edir. Unutmayın, NLP müvəffəqiyyət və ünsiyyət strategiyasını öyrətmir, müvəffəqiyyətli olma və təsirli ünsiyyət qurma bacarığı qazandırır.

NLP ilə düşüncə sisteminizi yenidən nizamlayaraq qavrama və cavab vermə şəklinizi dəyişdirər, başqalarının fərq edə bilmədiklərini fərq edər, öz qabiliyyət və sərhədlərinizi daha obyektiv bir şəkildə qəbul edə bilər, özünüzü daha çox sevər və hörmət edər, həm özünüz, həm də ətrafınızla rahat və təsirli bir şəkildə ünsiyyət qura bilərsiniz. Fobiyalarınızdan, problemlərdən, qorxularınızdan və narahatlıqlarınızdan xilas ola bilər, pis vərdişləri tərgizə bilər və yerinə yaxşı vərdişlər əldə edə bilərsiniz. Diqqət və konsentrasiyanızı artıra bilər, təxirə salma vərdişinizi tərgidərək zamanı idarə edər, istər insani əlaqələrdə, istər təhsil, istərsə də iş həyatınızda daha müvəffəqiyyətli ola bilərsiniz.

NLP öyrənmə müddətinizi sürətləndirər. Bəzi bacarıqlarınızı inkişaf etdirərək, usta bir ünsiyyətçinin xüsusiyyətlərinə sahib olmağınızı təmin edər. NLP alternativləri artırar, təsir sahənizi genişləndirəcək elastiklik qazanmağınızda sizi dəstəkləyər, şüuraltınızı hərəkətə gətirərək, onun gücünü və resurslarını öz xeyrinizə istifadə etməyinizi təmin edər, keçmişdən daşıdığınız bütün mənfi duyğu və düşüncələrdən xilas olmağınıza köməkçi olar.
 
NLP;

• Davranış tərzidir, həyat şəklidir. Çünki həyata maraq, macəra hissi, nəyin öyrənməyə dəyər olduğunu fərq etmə və ünsiyyətdə nəyin insanlara təsir etdiyini sizə izah edər, həyatı nadir bir öyrənmə fürsəti olaraq görməyinizi təmin edər. İnsanlara təsir edən ünsiyyət formalarını və nəyin öyrənməyə dəyər olduğu mövzularında usta olmağı qarşısına məqsəd qoyar.

• Bir üsuldur. Çünki hər davranışın bir quruluşu vardır. Bu quruluşu öyrənə bilər, dəyişdirə bilər və modelləşdirə bilərik. Hisslərimizlə də hansı davranışın faydalı və təsirli olduğunu anlaya bilərik. 

• Modelləşdirmə üsuludur, əvvəl insanın nələr etdiyinə baxır, bunu müəyyən edir, necə etdiyini öyrənir və sonra həyatının hər sahəsində edə biləcəyi seçimləri ona təqdim edir, onun sahəsini genişləndirir. Davranışlarımızdakı qəlibləri və vərdişlərı tanımağa başladığımız zaman, həyatımıza nələrin köməkçi olacağını və nələrin də mane olacağını görməyə başlayarsınız. NLP sizin bir çay kimi axa bilməyinizi təmin edir.

• Bir texnologiyadır. NLP-ni öyrənən insanın hisslərini və məlumatlarını bir zamanlar qeyri-mümkün kimi görünən nəticələrə çatmaq üçün təşkil edə bilməsini təmin edər.

• Mükəmməlliyin elmi və sənətidir.

• İnsanın özü və digər insanlarla ünsiyyətidir.

ŞƏRH YAZIN