Nlp İlə Sevgi Meditasiyası ...

0
5382
Nlp İlə Sevgi Meditasiyası ...

 Bir an üçün gözlərinizi yummağınızı və xüsusi bir maraq duyduğunuz, sizə maraqlı olan lakin hər zaman birlikdə ola bilmədiyiz birini düşünməyinizi istəyirəm. Bu adam dünyasını dəyişən biri də ola bilər. Uzun müddətdir birlikdə ola bilmədiyiniz hər hansı biri... 

Onu necə düşündüyünüzü fərq etməyinizi istəyirəm. Zehninizdə onu harada görürsünüz? Nə eşidirsiniz? Aydındır? Uzaqdır? Parlaqdır?

İndi bir dostunuzu ya da bir əşyanı düşünün; bəlkə də keçmişə aid olan bir şey. Bu insan və ya əşya artıq sizinlə birlikdə olmasa belə, sanki həmişə sizinlə olub. Bu köhnədən sahib olduğunuz bir oyuncaq da olabilir. Onu xatırlamaq sizi heç incitməz. Harada olursanız olun, hər zaman birlikdə olduğunuzu hiss etdiyiniz bir dostunuzu da düşünə bilərsiniz.

Zehninizdə bu insanı və ya əşyanı necə görüntülədiyinizi fərq etməyinizi istəyirəm. Necə hər zaman səninlə birlikdə qala bilirlər?

Xüsusi maraq duyduğunuz amma birlikdə ola bilmədiyiniz insanın görüntüsünü götürün. O xatirənin xüsusiyyətlərini eynilə, hər zaman sizinlə olduqlarını hiss etdiyiniz insanın ya da əşyanın xüsusiyyətlərinə uyğun şəkildə dəyişdirin:

Bəlkə görüntünü daha çox yaxınlaşdırarsınız. Bəlkə, onu arxanızda ya da solunuzda görmək yerinə, o görüntünün yeri tam ürəyinizin üzərindədir. Bəlkə, müəyyən rəng xüsusiyyətləri vardır. Bəlkə, onu daha yaxın ya da burada hiss etdirən parlaqlığıdır. Bəlkə, səsinin müəyyən bir xüsusiyyəti, tonu, tempi ya da dərinliyi sənə bu hissi ötürür.

O xatirə zehninizdə yeni yeri tapmağa davam edərkən, bir anlığına sevgi hissini xatırlayın. Saf sevgi, heç sərhədləri olmayan bir sevgi, ölçülə bilməyən, nə verilən nə də alınan, sadəcə mövcud olan...

O sevginin haradan yarandığını fərq edirsən. Daxilinizdə dərinlərdən bir yerdən, ürəyinizdən gəlir yoxsa bütün ətrafınızı əhatə edir?

İndi sevginizi saf, parlayan bir işıq olaraq görməyə başlayırsınız. Onun daxilinizdə və ətrafınızda parlamağına və işıldamağına icazə verin. Sonra o işığı alın və onu parıldayan gümüş rəngi bir ipə çevirin. Öz ürəyinizdən maraq etdiyiniz insanın ürəyinə bu iplə bağlanın. Bu işıldayan ipin sizin qəlbinizlə onun ürəyini birləşdirdiyini bilin, harada olursa olsun, nə qədər uzaqda olursa olsun, hansı zamanda olursa olsun...

Bu istədiyiniz sayda insanla bağlaya biləcəyiniz bir ipdir. Heç qopmayan, işığı heç sönməyən bir ipdir. Bu səbəbdən, indi orada oturarkən, ürəyinizin ətrafındakı daha çox iplə birləşdiyini görəcəksiniz.

Sizə doğru çatan ipləri hiss edirsiniz. Bu ipin işığı genişlənib ətrafa yayılsın və hər yeri bürüsün. Bunun parlaqlığıyla bütün kainatı əhatə edə bilən bir işıq olduğunu bil.

Ən önəmlisi isə, özünüzə duyduğunuz o sevgini hiss etməyinizdir. Bir anlıq, ürəyinizin döyüntülərini eşidirsiniz. Tam bir insan, bütün bir varlıq olduğunuzu da bilirsiniz. Öz fərqliliyinizi, bənzərsizliyinizi hiss edirsiniz. Bəlkə bu gecə, digərlərindən ürəyinizə gələn iplərin necə yarandığını fərq edirsiniz.

Qısa bir müddətlik yalnız burada olun. Mümkün olduğu qədər güclü bir şəkildə sadəcə var olmağı hiss edirsiniz: səsləri, bədəninizi, sizi əhatə edən havanı və işığı, ciyərinizi dolduran havanı fərq edirsiniz. Bütün bədəninizə oksigen və həyat gətirən havanı və ətrafınızdakı digər insanların, digər varlıqların, sizin üçün özəl insanların daha çox fərqinə varmağa başlayırsınız. Otağı dolduran işığı qəbul edərkən, o mövcudluq duyğusunu da tamamilə hiss edirsiniz.

ŞƏRH YAZIN