Nlp Və İnanclar ...

0
2013
Nlp Və İnanclar ...

 İnanclarımız davranışlarımıza təsir edir və onları formalaşdırır. Bu səbəbdən də, üstün müvəffəqiyyət göstərən bir insanın performansını təkrarlaya bilmək üçün o insanın inanc sisteminin şifrəsini bilməyimiz lazımdır. İstənilən davranışları sərgiləmək üçün nümunə olan insanın şəxsiyyətini, inanclarını, dəyərlərini, bacarıq və davranışlarını nüsxələmək, o davranışın reallaşdığı mühiti yaratmaq lazımdır.


NLP etdikləri bir çox şeydə mükəmməlliyə çatan və davamlı müsbət nəticələr əldə edən insanları modelləşdirərək aşağıdakı inanc sistemini yaradıb.

* Hər kəs tək və özünəməxsusdur.
* Hər kəs özünə ən uyğun seçimi edər.
* Müvəffəqiyyətsizlik yoxdur, yalnız nəticələr vardır.
* Hər davranışın müsbət bir niyyəti vardır.
* Ünsiyyətin məqsədi yaradacağı təsirdir.
* Hər problemin bir həlli vardır.
* Bacarma ehtimalı ən yüksək olan fərd düşüncə və davranışlarında ən çox elastik olandır.
* Zehin və bədən eyni sistemin parçalarıdır.
* Məlumat - düşüncə, yaddaş və xəyal gücü, məlumat süzmə və saxlama üsullarının qarşılıqlı nəticəsində meydana gələr.
* Əgər biri bir şeyi edə bilirsə, onu etməyi hər kəs öyrənə bilər.

NLP bizə istəklərimizi dəstəkləyən inanclar yaradar və ya köhnə inancları uğura çatmağımız üçün dəyişdirər. Bizə faydası olmayan, zərərli ola biləcək inanclardan xilas olmağımızı təmin edər. 

Siz də öz inanc sisteminizi yaradaraq gücləndirə bilərsiniz. İnanclar insanın özünü təsdiq etməsində önəmli vasitədir. Özünüzə inanclarınızın etibarlılığını və dəyərini sübut etməyə çalışaraq davranışlarınızı təyin edərsiniz. Əgər inanclarınız məhdudlaşdırıcıdırsa, performansınız da məhdudlaşdırılar.

Hər gün yaşanaraq mənimsənən inanclar mənliyinizin bir hissəsi olar. Hz. Ömərin illər əvvəl də dediyi kimi: "İnandığınız kimi yaşamazsınızsa, yaşadığınız kimi inanmağa başlayarsınız."

ŞƏRH YAZIN