Siz Nə İstəyirsiniz???

0
2365
Siz Nə İstəyirsiniz???

Ən önəmli sual nədir? Bir çox insan üçün bu suallar ola bilər: "Həyatın mənası nədir?", "Tanrı var?" və ya "Niyə buradayıq?". Bunlar önəmli suallardır. Amma ki, bunların bir məna ifadə etməsi üçün əvvəlcə soruşulması lazım olan başqa bir sualımız var. Sual soruşmağımızın səbəbi cavabı öyrənməkdir. Siz bir şey istəyirsiniz. Buna görə bizim üçün ən əhəmiyyətli sual budur: Nə istəyirsiniz?

Etdiyimiz hər şeyin arxasında bir səbəb olur. Bunun nə olduğunu hər zaman tam olaraq bilməməyimizə rəğmən, hər zaman bir şey istəyirik. Bu ən sadə, sıradan mövzular üçün belə etibarlıdır. Acıdığınız zaman məqsədiniz yemək yeməkdir, yorulduğunuz zaman isə, yatmaq. Küçələr bir yerə çatmaq məqsədiylə dolaşan, avtomobil istifadə edən, avtobusa, qatara və ya təyyarəyə yetişməyə çalışan insanlarla doludur. Əgər bu belə olmasaydı, insan davranışı təsadüfi və anlaşılmaz olardı.

Bu səbəbdən fərziyyəmiz budur: İnsan davranışının bir məqsədi vardır.

Hal-hazırda nə istəyirsiniz? Bu məqaləni oxuduğunuza görə NLP-ni başa düşmək, əylənmək və yeni fikirlər tapmaq istəyirsiniz. Bəlkə də rahatlamaq üçün oxuyursunuz. Daha geniş bucaqdan baxsaq, çatmaq istədiyiniz xəyallarınız və ümidləriniz var. Qısa və uzun dövrlü hədəfləriniz, istədiyiniz və ehtiyac duyduğunuz şeylər var: Əşyalar, qabiliyyətlər, iş, əlaqələr, ruh halı, çalışma və yaranma yolları.

Dünyada yaratmaq istədiyiniz bu hədəflərə NLP-də nəticələr adını veririk. Nəticə hədəfdən daha spesifikdir. İstədiyinizə çatdığınız zaman nə görəcəyinizi, nə eşidəcəyinizi və necə hiss edəcəyinizi bilirsinizsə, bu artıq bir nəticədir. Hədəflər istədiyiniz, nəticələr isə, yaratdığınız şeylərdir. Heç bir şey etməsəniz belə, həyatınızda davamlı bəzi nəticələri yaradarsıınız.

Önəmli olan "Bunlar istədiyiniz nəticələrdir?" sualıdır. Hamımız bilirik ki, hər zaman istədiyimiz şeyləri bacara bilmərik. Bu, bəzən sizin idarəniz xaricində qalar, bəzən də kifayət qədər yaxşı planlaya bilmədiyinizin nəticəsi olar. Ancaq nə istədiyinizi bilmirsinizsə, bunu əldə etmə şansınız onsuz da olmaz. Öz həyatınızda uğurlu olmağın yolu istədiyiniz nəticələrin nə olduğunu təyin etməkdən keçər. Bu, yalnız yeni ilə girərkən olduğu kimi ildə bir dəfə ediləcək bir hadisə deyil, yeni bir düşüncə şəklidir. Əgər istədiyiniz nəticələri təyin etməsəniz, bunu ya şansa buraxarsınız ya da sizin nəyə çatacağınıza başqaları qərar verər.
 
İstədiyiniz nəticələri təyin edərkən, özünüzü bu an mümkün kimi görünənlərlə məhdudlaşdırmayın. İlk başda sizə qeyri-mümkün  görünən, ancaq həyatınızda geriyə baxdığınız zaman necə bacardığınızı düşünərək qürur duyduğunuz bir çox şey ola bilər. Bu səbəbdən istədiyiniz hər nəticəni seçə bilərsiniz. Hal-hazırda sizə mümkün görünüb görünmədiyini fərq etməyiniz kifayətdir. Əslində, nə istədiyimizə qərar verərək, hər gün gələcəyimizi yaradırıq.

Bəzi insanlar ümumiyyətlə iki səbəbə görə, istədikləri nəticələri təyin etməzlər. Ya riskə girməkdən, səhv etməkdən, boşa zaman və səy göstərməkdən qorxurlar; ya da azadlıqlarını itirməkdən çəkinirlər. Bu reaksiyaların ikisi də özümüzü məhdudlaşdırmağımıza yol açar.
 
"Nə istəyirsiniz?" sualı sizi həll və arzuladığınız nəticələrə doğru aparacaq nəticələr yaradır. Tez rast gəlinən "Problem nədir?" sualı isə, mövcud vəziyyətdəki yanlışlığa fokuslanır və sizi irəliyə aparmaz. Problemə fokuslanmaq bu cür suallar xatırladar: "Niyə belə bir problemim var?", "Bu problem mənə necə maneə törədir?", "Kim günahkardır?". Problemin tarixi səbəblərini tapmaq və günahı birinə yükləmək sizə içində olduğunuz bu çətinlikdən və ya problemdən bir çıxış yolu verməz. 
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN