Ünsiyyət İstədiyiniz Təsiri Yaratmırsa ...

0
2441
Ünsiyyət İstədiyiniz Təsiri Yaratmırsa ...

 Əgər qurduğumuz ünsiyyət istənilən təsiri yaratmırsa, bir çoxumuz bu nəticədən qarşımızdakı insanı məsul tutmağa meyilliyik: "Məni dinləmədi belə", "Hər şeyi ağ və qara olaraq görür ". Amma unuduruq ki, duyğularımızı, münasibətlərimiz və inanclarımızı (fərdi xəritəmizi), göndərdiyimiz mesajdan da çox səs tonumuz və bədən dilimiz ələ verir; bunların hamısı ünsiyyətin bir parçasıdır. Oxşar istiqamətdə, səhv anlaşılmalara və ünsiyyət problemlərinə yol aça biləcək daha çox ünsür olduğundan əmin ola bilərsiniz.

 
Ünsiyyətə alternativ bir yanaşma - nəticəni (nə olursa olsun) sadəcə informasiya kimi qiymətləndirmək və daha sonra, istənilən təsiri əldə edənə qədər lazım olarsa, davranışımızı elastik etməkdir. Bu münasibətin və ya vəziyyətin həyəcanını aradan qaldıracaq, beləliklə də, bütün diqqətimizi ünsiyyətin tərkibində yəni, əldə etmək istədiyimiz nəticəyə çatma üzərində cəmləşdirməyimizi təmin edəcək. Bu sınama-yanılma metodu zaman almasına və ünsiyyət quran insanın çiyinlərinə bir məsuliyyət yükləməsinə baxmayaraq, ən azından xərclənən əməkləri boşa çıxarmayacaq. Niyyətimizi sonunda həyata keçirərik. Ünsiyyət qurma prosesi bu məqsədə çatmaq üçün yalnız bir vasitədir, lazım olduğu zaman dəyişdirilə ya da son verilə bilər. Ancaq ünsiyyətə yükləyə biləcəyiniz başqa bir məna da onun bir investisiya olduğudur. Çünki "mənfi əlaqə vasitələri" ilə öyrənəcəyimiz şeylər gələcəkdəki dəyərlərimizi yaradacaq. Onun üçün dəyişməyə istəkli olun. Əgər hər zaman eyni şeyləri etsəniz, fərqli nəticə gözləməyiniz sadəcə axmaqlıq olar!

NLP bizim mesajımızı doğru düzgün çatdırmağımızı, lazımlı dəyişiklikləri reallaşdırmağımızı və bizi nəticəyə götürəcək ən doğru şeyi söyləməyimizi təmin edər. Qısa müddətdə mükəmməl bir ünsiyyət qurmağı və özümüzə  qoyduğumuz hədəfə çatmaq üçün fəal olmağın yollarını öyrənərik. Ünsiyyətə bu yanaşma ilə yaxınlaşmağımız bizə güc verər və bizə bəs edəcək qədər çox variantlar təqdim edər. Beləliklə də, taleyimizi bizdən fərqli düşünən ya da bizdən fərqli şeylərə inanan insanların mərhəmətinə buraxmarıq. Amma bu güclə yanaşı, istədiyimiz hədəflərə çatmaq üçün etdiyimiz hərəkətlərin məsuliyyəti də öz çiyinlərimizə yüklənər. Unutmamalıyıq ki, insanın özünü dəyişdirməsi başqa insanları dəyişdirməsindən daha asandır!

ŞƏRH YAZIN