Virciniya Satir Dəyərləri ...

0
2028
Virciniya Satir Dəyərləri ...

 NLP-nin qurucuları 3 öndə gələn psixoterapistlərin insan davranışında əhəmiyyətli dəyişikliklər yarada bilən metodlarını modelləşdirmişdilər. Virciniya Satir insanlar arasındakı münasibətlərlə əlaqədar problemlərə görünüşcə qəti nəticələr gətirə bilən, diqqət çəkici bir ailə terapisti idi. Virciniya Satir bizə insanların sahib olduğu dəyər və hüquqları göstərən bəzi durumlardan bəhs edir:


* Etdiyim, söylədiyim, düşündüyüm ya da hiss etdiyim şey başqası tərəfindən bəyənilmədi deyə özümü günahkar hiss etmək məcburiyyətində deyiləm.

* Hirsli hiss etməyim və bunu uyğun şəkildə ifadə etməyim səhv bir şey deyil.

* Xüsusilə başqaları qərar vermə məsuliyyətini paylaşırlarsa, qərar vermək üçün məsuliyyət almaq məcburiyyətində deyiləm.

* "Bilmirəm" demə haqqına sahibəm.

* Özümü günahkar hiss etmədən "Xeyr" demə haqqına sahibəm.

* Özümü axmaq hiss etmədən "Anlamadım" demə haqqına sahibəm.

* "Xeyr" dediyim zaman üzr istəmək və ya səbəblər təqdim etmək məcburiyyətində deyiləm.

* Başqalarının məndən istədikləri xahişləri geri çevirmə haqqına sahibəm.

* Məni istifadə etdiklərini, aldatdıqlarını ya da haqsız yerə təhrik etdiklərini düşündüyüm zaman bunu onlara söyləmə haqqına sahibəm.

* Özümü günahkar hiss etmədən əlavə məsuliyyətləri geri çevirmə haqqına sahibəm.

* Başqalarının hərəkətləri məni əsəbləşdirdiyi zaman bunu onlara söyləmə haqqına sahibəm.

* Şəxsi doğrularımı uzlaşdırmaq məcburiyyətində deyiləm.

* Səhv etmə, onların məsuliyyətini alma; səhv olma haqqına sahibəm.

ŞƏRH YAZIN