Yalnız Özünüz Reallaşdıra Biləcəyınız Bir Hədəf Seçin.

0
5786
Yalnız Özünüz Reallaşdıra Biləcəyınız Bir Hədəf Seçin.

İstədiyiniz hədəfi reallaşdırmağa müstəqil şəkildə başlamağınız və eyni şəkildə davam etdirməyiniz lazımdır. Uğursuzluğa düçar olduqda bu işi yükləyəcəyiniz bir insan və ya hadisənin olmasına icazə verməyin. Biz bəzən özümüzü oyunda çox az rolu və nəzarəti olan kimi hiss edərik. Bundan əlavə yaxşı bir təşəbbüskar hədəflərinin ona yükləyəcəyi məsuliyyəti öz üzərinə götürür və digər insanlardan asılı olmamağa çalışır.

Yalnız özünüz reallaşdıra biləcəyiniz bir hədəf seçin

Digər insanların hədəflərini reallaşdırmayın. Axırda kim faydalanırsa faydalansın, reallaşdırmaq istədiyiniz hər bir məqsəd özünüzə aid olsun. Bəlkə də, digər insanlar üçün (məsələn uşaqlarınız) və ya digər insanlara əsaslanan xəyallarınız vardır. Doğrudur, sizin məntiqi və fərdi nəzarətə ehtiyacınız olmaqla bərabər başqalarının yerinə nəsə etmək istəyiniz də yaxşı haldır. Övladınızın hədəfini fərdi olaraq reallaşdıra bilməsəniz də, özünüzə onun hədəflərini reallaşdırmasına kömək etmək kimi bir hədəf seçə bilərsiniz. Məsələn, müəllimlərinə kömək edə bilərsiniz, onlarla daha çox vaxt keçirə bilərsiniz, bir işə başlaması üçün ona bəzi ilkin şərtləri hazırlaya bilərsiniz və ya bunun kimi bir çox şeyləri edə bilərsiniz. Tez və ya gec, onları əldə edə bilmək üçün özünüzü hədəfləriniz qarşısında ədalətli bir şəkildə ölçüb-biçə bilərsiniz.

Burada sözü gedən hədəfləri reallaşdırmaqda məqsəd fərdi hədəflərinizi reallaşdırmaqdır. Əgər hədəfiniz başqa birisi ilə əlaqəlidirsə, bu ondan vaz keçməyə məcbur olmağınız mənasına gəlməz. Lakin onu yenidən düşünməniz və baş rolu özünüz oynayacaq şəkildə yenidən yaratmağınız lazım gələ bilər.

Əlbəttə, bəzən müdiriniz, həyat yoldaşınız və ya övladınız kimi insanların hədəflərini öhdənizə götürə bilərsiniz. Başqa bir deyilişlə, bir hədəfi mənimsəyə bilərsiniz. Ancaq, yaxşı bir nəticə üçün, onu əldə edəcək gücə sahib olmağa məcbursunuz. Bəzən hər iki kateqoriyaya girə biləcək vəziyyətlə də üzləşəcəksiniz. Məsələn, bir rəhbərin hədəflərinin reallaşdırılması çox zaman başqa insanlarla bağlıdır. Bildiyiniz kimi, xüsusilə böyük təşkilatlarda menecerlər vəzifə vermək məcburiyyətindədirlər. Biliyiniz, resurslarınız və ya mövqeyinizdən dolayı birbaşa olmasa belə nəticəyə təsir edə biləcəyiniz müddət boyu onu öz hədəfiniz kimi düşünə bilərsiniz. O, proseslərə bağlı olacaqdır.

Məsələn, bir layihə qrupunun müvəqqəti üzvü olaraq, son təhvil tarixini yaratmaq, meyarı yerinə yetirmək kimi! İdarəetmə əlinizdə olmayacaq və finaldakı nəticəyə siz məsuliyyət daşımayacaqsınız. Lakin layihə rəhbəri olaraq, digərləri vasitəsi ilə də olsa, sizi nəticəyə çatdıracaq  mövqeyə, gücə və (ümid edirik ki) istedada sahib olmalısınız.

Bənzər şəkildə qüvvəyə minmə məsələsində hər hansı bir məsuliyyət almadan təşkilatınızda müəyyən bir dəyişiklik təklif edən bir layihə hesabatı hazırlaya bilərsiniz. Hədəfiniz məsuliyyətinizin və gücünüzün bitdiyi yerdə artıq onu fərdi olaraq yerinə yetirmədiyiniz yerdə bitər. Məsələn, bir kitab yaza bilərsiniz, ancaq onun nə qədər satılacağını müəyyən edə bilmərsiniz. Bununla belə, o an üçün bu bir problem təşkil etməz. Bəzən bir hədəfin üzərində fərdi şəkildə oynaya biləcəyiniz hissələri dəyişdirə və ya məhdudlaşdıra bilərsiniz. Bu sualı verin: onun həm qurulmasında, həm də reallaşmasında bu nəticə hansı dərəcədə mənim ola bilər? Bu meyarlardan hər hansısa birinə müraciət etdiyiniz zaman üfüqünüzü bir qədər daraltmanız lazım ola bilər. Ancaq üzərində orta dərəcəli nəzarətiniz olan hədəflərinizə özünüzü bağlayaraq, axırda daha çoxunu əldə edəcəksiniz.

Bənzər vəziyyət komandalarda müşahidə olunur. Komandanın əldə etdiyi uğurda həqiqi payınız olub-olmadığına ancaq siz qərar verə bilərsiniz. Hər şeyi tək başına etməyinizə ehtiyac yoxdur, ancaq onu reallaşdırmağa məcbursunuz. Öz-özünüzə bu sualı verin: Uğursuzluq anında başqalarını günahlandırıb, özümü bağışlaya bilərəmmi? Əgər bağışlaya biləcəksinizsə, onu əldə etməyə başlamadan öncə bir daha düşünün.

Bəzən insanlardan çox  hadisələr hədəfinizə təsir edəcəkdir. Məsələn, faiz gəlirlərinə, birjaya, malların qiymət səviyyələrinə, anbarların vəziyyətinə və ya hava şəraitinə bağlı hədəfdə öz gücünüzə əsaslanaraq edə biləcəyiniz heç nə yoxdur.

Bunun mənası “məntiqi” olaraq nəzarət sahəmiz daxilində hədəflər yaratmaqdır. Bəlkə də, burada bəhs edilən məntiq ağlın hüdudlarından çox duyğuların ola biləcəyi ehtimal edilən şeylərdir.

 

Babək Bayramov

NLP Master

Korrektor redaktor :Salmanlı Ayna

ŞƏRH YAZIN