N L P İlə Həyatınızı Dəyişdirin!

0
3517
N L P İlə Həyatınızı Dəyişdirin!

Daha rahat həyatmı istəyirsiniz? Daha çox qazanmaqmı istəyirsiniz? Kariyeranızda böyük uğurlara imza atmaq istəyirsinizmi? O zaman dəyişin!

Mövcud vəziyyətdən arzu edilən vəziyyətə keçmək üçün dəyişmək lazımdır. Dəyişmək üçün isə fərqli düşünmək, fərqli hiss etmək və fərqli davranmaq şərtdir. Ümumiyyətlə,bu işdə məşhur italyan mütəfəkkiri Vilfredo Paretonun 80/20 nisbəti qüvvəsini saxlayır. Dəyişmək üçün ən az 80% fərlilik olması qəbul olunur. Dəyişim 80%-dən az olduqda buna inkişaf deyirik. 

Hər gün etdiyiniz şeyləri etməklə dəyişmək mümkün deyil. Arzu etdiyiniz nəticə əgər hər gün aldığınız nəticə deyilsə, o zaman fərqli şeylər etməlisiniz. Elə deyilmi? Eyni şeyləri edərək möcüzə gerçəkləşəcəyini düşünmək ağılsızlıqdır. 

Bir çoxları dəyişimin şüurda gedə biləcəyini düşünürlər. Əslində, dəyişim daha dərində baş verən bir prosesdir. Biz bu səviyyəyə şüuraltı və ya təhtəlşüur deyirik. Təhtəlşüur dəyişimi sevməz, çünki onun vəzifəsi insanı qorumaqdır. Hər bir insanın bir konfort bölgəsi var, insanın özünü rahat hiss etdiyi bölgə. Təbii ki, konfort bölgəsindən çıxmaqla dəyişmək mümkün deyil. Ancaq NLP imkanları ilə enerjinizə və zamanınıza qənaət etməklə daha yaxşı nəticələr əldə edəcək, sürətlə dəyişəcəksiniz. 

NLP (neyrolinqvistik proqramlaşdırma) ilə dəyişim indi çox asandır. Zehni xüsusi metodlarla proqramlaşdıraraq insana yeni bir kimlik qazandırmaq mümkündür. Bu əsla  cadugərlik deyil, tamamilə elmə əsaslanır. Richard Bandler və John Grinder tərəfindən 1960-cı ilə irəli sürülən, 4 illik qızğın müzakirələrdən sonra 1964-cü ildən elm kimi tanınan NLP, uğur və mükəmməlliyin texnologiyasıdır. İnsanların illərlə həll edə bilmədikləri problemləri NLP-nin alətlər çantasının köməkliyi ilə bir neçə seansa həll etmək mümkündür. 

NLP metodları ilə dəyişim istəyi və motivasiyası şüurda alışdırılır və təhtəlşüur səviyyəsində möhkəmləndirilir. Burada lazım gələrsə bəzi hipnotik təlqin üsullarından və hipnotik transdan da istifadə olunur. Trans vəziyyətində insanın təhtəlşüuru ilə daha  tez əlaqə qurmaq mümkün olduğundan, zehindəki dəyişim sürətini artırmaq, yeni faydalı qeydlərin aparılmasına nail olmaq asanlaşır.

NLP ünsiyyət modeli dünyanın ən mükəmməl ünsiyyət modelidir. NLP ünsiyyət modeli müasir dünyada bir çox təşkilatlar tərəfindən ticarətdə, diplomatiyada, təhsildə və digər sektorlarda tətbiq olunur. Fərdi inkişaf sahəsində NLP-nin rolu əvəzsizdir. Hal-hazırda dünyanın bir çox dövlət başçılarının, iri şirkətlərin prezidentlərinin, siyasi xadimlərinin, zəngin və məşhur insanlarının koçları (konsultantları) NLP Masterlərdir. Buna misal olaraq deyə bilərik ki, ABŞ prezidenti Obama NLP ünsiyyət modelindən çox tez-tez istifadə edir. Türkiyənin baş naziri R.T.Ərdoğan NLP ünsiyyət modelini yüksək səviyyədə işlədir. ABŞ prezidentlərindən Bill Klinton qədər skandal yaşayan prezident olmadı, amma istefa da vermədi. İctimaiyyəti NLP ünsiyyət modeli ilə elə bir şəkildə razı saldı ki, nüfuzuna xələl gəlmədi. Hətta bir qədər simpatik təsir bağışlamağı da bacardı. Çünki, o zamanlar Ağ Evin konsultantı NLP Master Antoni Robins idi (İçindəki divi oyandır, Qeyri-məhdud güc bestsellerlərinin müəllifi).

Məlumat üçün deyək ki, NLP dil modeli Meta Model və Milton Model (hipnotik) dil qəliblərindən ibarətdir. 

NLP xidmətlərindən yaranmaqla həyatınızı dəyişdirə, NLP-ni öyrənməklə yeni məslək sahibi ola bilərsiniz.

 

Beynəlxalq dərəcələli NLP Master  Babek Bayramov

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN