Bunları Qətiyyən Etməyin !

0
4774
 Bunları Qətiyyən Etməyin !

-Başqalarını günahlandırmağı:
Hər bir insan səhv edə bilər.Məsələn işçiləriniz sizin ümidlərinizi doğrultmaya bilər,satıcılar malları vaxtında təslim etməyə bilər və siz bu problemlərə görə onları günahlandıra bilərsiz. Ancaq siz özünüz də,həmçinin günahkarsız.Ola bilər ki,siz işçilərə kifayət qədər təlim keçməmisiz.Ola bilər sizin qurduğunuz bufer kifayət etməyib və ya siz çox qısa zamanda çox şey tələb etmisiz.
Nələrsə yolunda getmədiyi zaman başqalarını günahlandırmaq əvəzinə məsuliyəti öz öhdənizə götürün.Bu mazoxistlik deyil,əksinə ,bu güclü olmaqdır,çünkü siz,bu səhvlərdən nəticə çıxardıb gələn dəfə işləri daha yaxşı və daha ağıllı şəkildə görəcəksiz.Və bunun sizi xoşbəxt etdiyini anlayacaqsız.
-İnsanlara nələrləsə təsir etməyi:
Heç kəs sizi paltarlarınıza,maşınınıza,tutduğunuz vəzifəyə,nüfuzunuza ya da uğurlarınıza görə sevmir.Çünki bunların hamısı sadəcə,sizin sahib olduqlarınızdır,siz yox.İnsanlar sizin olanları sevə bilərlər,amma bu o demək deyil ki,onlar sizi də sevir.
Əlbəttə ki,onların bu gördükləri gəldi-gedər varlıqlardır.Onların daimi olmadığı kimi,maddiyat üzərinə qurulmuş münasibətlər də həqiqi deyildir.Həqiqi münasibətlər sizi xoşbəxt edə bilər. Bunun üçün siz sahib olduqlarınızla insanlara təsir etməyi dayandırıb yalnız özünüz olmalısız.
-İnsanların sözünü kəsməyi:
Kiminsə sözünü kəsmək sadəcə mədəniyyətsizlik deyil.Siz bunu etdiyiniz zaman sanki belə demiş olursuz:“Mən sənə qulaq asmıram,ona görə də nə demək istədiyini başa düşdüm.Və ya belə:“Mən sənə qulaq asıram,ona görə də nə deyəcəyimi qərarlaşdırdım.” 
İnsanların sizi sevmələrini istəyirsizsə,onları dinləməyi bacarın.Diqqətinizi onlara verin. Anlamadığınız zaman onlara suallar verin.Və bununla onlarq qulaq asdığınızı göstərin.Əmin olun ki,bu zaman onalr sizi sevəcək və sizi də sevilmək hissi  xoşbəxt edəcək.
-Hərşeydən şikayət etməyi:
Dediyimiz sözlərin bizim üzərimizdə təsiri çoxdur.Məsələn,problemlərimizdən şikayət etdiyimiz zaman bu bizə heç də yaxşı təsir etməyəcək,əksinə,özümüzü daha da pis hiss edəcəyik.
Əgər nəsə yolunda getmirsə,zamanınızı şikayət edərək boşa xərcləməyin.Vəziyyəti xeyrinizə dəyişdirməyə cəhd edin.Bəli,siz istədiyiniz qədər şikayət edə bilərsiz.Amma bunun nə faydası olacaq?Heç bir.Ona görə də vaxt itirməyin.Elə indi problemlərinizi həll etməyə başlayın.
Hətta öz-özünüzlə belə probləmlərinizdən danışmayın.Onları necə həll edə biləcəyinizdən danışın.Dostlarınız və bütün əhatənizlə də eyni şeyi edin.
Yadınızda saxlayın ki,dostlar sadəcə cətin günlərdə ağlamaq üçün çiyin deyil.Əsl dost dostuna həyatından gileylənməyə icazə verməz.O,dostunun həyatını daha da yaxşı etməyə çalışar.
-İnsanları yönləndirməyi:
Siz rəhbər ola bilərsiz.İşdə ən önəmli şəxs də ola bilərsiz.Amma sizin idarə etməli olduğunuz əsas şəxs özünüzsüz.Əslində“idarə etmək“ifadəsi özündə çox şeyi birləşdirir:güc,qorxu,hakimiyyət,təzyiq və.s.Amma yadınızda saxlayın ki,insanlara təzyiq edərək onları yanınızda saxlaya bilməzsiz.
Sizinlə könüllü şəkildə yola çıxmaq istəyən insanları tapın.Bu zaman,onların gördükləri iş də daha keyfiyyətli,münasibətlər də daha səmimi  olacaqdır.Və hər iki tərəf özünü xoşbəxt hiss edəcək.
-İnsanları mühakimə etməyi:
Siz daha savadlı,daha təcrübəli ola bilərsiz.Daha çox çətinlik görmüş və çox şeyin öhdəsindən də gəlmiş ola bilərsiz.Ancaq bu sizi daha ağılli,daha yaxşı və daha anlayışlı etməz.
Hər kəs müxtəlifdir:nə daha yaxşı,nə daha pis.Sadəcə,müxtəlif. İnsanlarda nöqsan axtarmaq əvəzinə onları olduqları kimi qəbul edin.
-Nəsihət verməyi:
Mühakimə etmək qədər xoşagəlməyən bir şey də özünü hamıdan ağıllı bilib nəsihət verməkdir. İnsanlar işlərində daha yüksək zirvələrə qalxdıqca özlərinin hamıdan ağıllı olduqlarını zənn edirlər və başqalarına da bunu belə yansıdırlar.Əgər,siz gedişatı deyil sadəcə nəticəni danışırsızsa,insanlar sizi dinləyəcək,amma eşitməyəcəklər.
Keçmiş qiymətlidir.Öz səhvlərimizdən,başqalarının səhvlərindən dərslər alır,nəticələr çıxarırıq.
Həyatınızda səhvlər etdiyiniz zaman bunları sizə bilmədiklərinizi öyrədəcək hadisələr kimi , başqaları səhv etdiyi zamansa bunu mehriban,anlayışlı və bağışlayan biri olmaq üçün fürsət kimi dəyərləndirin.
Keçmiş sadəcə öyrədir.Sizi bütünlüklə tanımlamır.Nələrin yanlış getdiyi haqda düşünün,amma bunu sadəcə onların həllini tapa bilmək üçün edin.
-Qorxmağı:
Bizim hamımızın qorxuları var."Olacaq ya olmayacaq,bunu bacara biləcəyikmi,insanlar bunu necə qarşılayacaq və.s”.Buna görə də biz çox şeyə tərəddüd edirik.Bizə lazım olan isə düzgün vaxtı gözləmək,qərar verməmişdən əvvəl biraz da düşünmək və digər alternativləri tapmaq və istifadə etməkdir.Bunu etmək ola bilsin bizim ayımızı,ilimizi alsın.Amma nəticədə biz öz xəyallarımıza çatmış olacağıq.
Nə isə planlaşdırdığınız zaman,xəyal etdiyiniz zaman,hər hansı bir işə başladığınız zaman icazə verməyin ki,qorxularınız sizi izləsin.İşə başlamaq istədiyinizdə sadəcə olaraq ilk addımı atın.Siz işinizi dəyişmək və ya daha da genişləndirmək istəyirsizə,ilk addımı atmaqdan qorxmayın.Qorxularınızı kənara qoyun və başlayın.Nəsə edin.Əks təqdirdə bu günü itirəcəksiz. Sabah gələcək,amma bu günü həmişəlik itirmiş olacaqsız.Bu gün əlimizdə olan ən dəyərli varlıqdır.Onu hədər etməyin.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN