Bir Baxışın Yetər Ki ....

0
3024
Bir Baxışın Yetər Ki ....

Kimisə təsir altına salmaq əslində elə də böyük güc tələb etmir. Bir baxınız yetər ki, onları özünüzə bağlaya bilərsiniz. Amma ki, doğru zamanda!

Ondan xoşlandığınızı göstərin

Baxış: Birbaşa olaraq gözlərinin içinə baxın.

Başınız yana doğru azca əyib bir neçə saniyə ərzində gülümsəyin və sonra başqa istiqamətə çevirin.İşə yarayır? Bu, əslində, təbiətimizdən gələn bir flörtləşmə şəkli. Antropoloq Elen Fişer "Cütləşmə baxışı dediyimiz bu xüsusi baxışma adətən, meymunlarda rast gəlinir." deyir və belə davam edir: "Dişi meymun bu baxışı təkrarlar və bu sayədə erkək meymunu özünə yanaşmaq məsələsində təşviq edir. Kişilər, bu hərəkətə reaksiya verir, çünki minlərlə il əvvəl həyatı davam etdirə bilmək üçün cinsi çəkim siqnalları göndərmək lazım idi" deyir. Ona bir dəfə baxıb sonra baxışlarınızı çəkməyiniz, qarşı cinsdə sizi təqib etmək istəyi oyadır. Bu, sizin çətin əldə edilən bir qadın olduğunuzu vurğulayır.

Sizi əsəbləşdirən birini susdurun

Baxış: Alnına baxın, sonra başınızı uzaqlara çevirərək sizinlə göz təması qurmasını əngəlləyin.

İşə yarayır? Fişer "Alnında bir nöqtəyə diqqət yetirməyiniz məsafəli olduğunuzu göstərdiyi kimi, ondan üstün olduğunuzu hiss etdirir. Çünki birbaşa olaraq gözlərinin içinə baxmaq əvəzinə, gözlərinin üst hissəsinə baxırsınız. Başı çevirmək isə, şimpanze və qorillalar arasında bir təhdid etmə şəklidir.  Siz də uzaqlara baxaraq qarşınızdakına "Sənə məhəl qoymuram" mesajını verəcəksiniz.

Sevimli işçiyə çevrilin

Baxış: Rəhbəriniz qadındırsa, gözlərinizi heç qaçırmadan ona baxın.

Amma əgər kişidirsə, 30 saniyə ərzində gözlərinə baxandan sonra ara verib bir neçə saniyə yerə baxın. İşə yarayır? Qadın və kişi rəhbərlər üçün baxışlarınızı kateqoriyalara bölərək, qadınlar və kişilər arasındakı təkamül fərqləri haqqında fikir sahibi olarsınız. Bu da, sizə üstünlük verir. Təbii ki bundan sui istifadə etməyin. Söhbət əsnasında göz təması qurun. Sadəcə o danışarkən başınızı əyməyin və ya başqa yerlərə baxmayın.

Qarşı cinsdən olan şefinizlə birbaşa göz təması qurmağınız isə, onun tərəfindən nüfuzuna təcavüz kimi təsvir oluna bilər. Fişer "İlk vaxtlarda kişilər düşmənlərini qızışdırmaq üçün göz təması qurardı. Bu səbəblə bu gün bu niyyətə sahib olmalarını normal qarşılamalısınız" deyir. Birbaşa göz təması və aşağıya baxmaq arasındakı tarazlıq, sizin uyumlu biri olduğunuza işarədir.

Mübahisəni qazanın

Baxış: Öz fikirinizin doğruluğundan danışdıqda  qaşlarınızı qaldıraraq göz təması qurun.

İşə yarayır? Givens "Meymun, suverenliyini elan etmək istədikdə, gözünü dikib baxışlarını yuxarı aşağı endirir və qaldırır. Qaşları qaldırmaq, göz təmasına diqqət çəkdiyindən baxışı həmişəkindən daha çox inandırıcı hala gətirər" deyir. Siyasətçilərin bunu davamlı etdiyini görə bilərsiniz.

Tez bağışlanın

Baxış: Eynilə dua edirmişsiniz kimi başınız qarşıya baxarkən gözlərinizi aşağı endirin.

İşə yarayır? Baxışlarınızı aşağı endirib başınızı itaətkar bir vəziyyətdə saxlamalısınız, qarşınızdakı insana xətalı olduğunuzu bildiyiniz mesajını verir. Həmçinin bu hərəkət, qarşı tərəfin məsələni daha dərinləşdirməsinə mane olur. Givens "Heyvanlar, belə bir hörmət nümayişi görəndə qarşısındakına hücum etməz" deyir. Sevgilinizlə və ya ən yaxın dostunuzla dava etdikdə bu üsulu tətbiq edərək mübahisənin lazımsız yerə uzanmasını mane ola bilərsiniz.

ŞƏRH YAZIN