Dell Şirkətini Yaradan Şəxsin Uğurlu Yolu

0
1586
Dell Şirkətini Yaradan Şəxsin Uğurlu Yolu

Gənc bir adam anasının və atasının istəyi ilə o il Texas Universitetində təhsilinə başlayacaq,amma onun fikri avtomobilin arxa kreslosunda olan kompüterdə.O, Austindəki evinə köçür və ilk olaraq kompüterin içini açır və araşdırmağa başlayır. Mağazadan 3 min dollara aldığı bu kompüterin içindəki hissələrin dəyəri sadəcə 600 dollardır. Ağlından sadəcə bu sadə sual keçir «Mən bu kompüteri istehlakçıya daha ucuz necə sata bilərəm?».  
Dərslər başlayır və bir müddət sonra gənc dərslərində aşağı qiymətlər almağa başlayır. Bunu bilən valideynləri bir gün ona xəbər vermədən təyyarəylə  Austinə gəlirlər. Gənc Maykl hissələrə ayırdığı kompüterləri yoldaşının otağındakı vannaya doldurub pərdəylə örtür. Ailəsi evinə gəlir  və vannadakı kompüter hissələrini görən ata Maykll üçün bəlkə də həyatının ən əhəmiyyətli anlarından birini yaşadır. Atası oğluna: «Bu kompüter töküntüklərini bəlkə bir tərəfə atıb artıq dərslərinlə maraqlansan ?!» 
Bəli, hətta gecə yuxusuna belə girən kompüter üçün atasının istifadə etdiyi söz budur — tör-töküntü. Atası sözünə davam edir: «Artıq öz  prioritetlərini qur və həyatda nə etmək istədiyinə qərar ver.» Halbuki Maykl bu suala cavabı çoxdan hazır idi: «IBM (International Business Machines) ilə rəqabət etmək istəyirəm.» 
Bir tərəfdən də ana və atasının təhsili üçün etdiyi təzyiq, digər tərəfdən içindəki «SƏS»in ona dediyi istiqamət. Bu qərarsızlıq anında Mayklın hələ 18 yaşı var idi. Ana və atasının təkidi nəticəsində canı kimi sevdiyi kompüterləri bir kənara buraxıb, təhsilini davam etdirir. Ancaq bu sadəcə üç həftə davam edir. Sonda yenə kompüter eşqi qalib gəlir və bir daha ayrılmamaq üzrə, dağılıb parçalanmış ÇİPlərin (elektron hissə)  olduğu kompüter dəzgahına geri dönür. Ana və atasını razı  salıb məktəbdən ayrılması mümkün deyil. O səbəbdən öz qərarını özü verir. Məktəbin ilk ilini bitirir və məktəbdən ayrılır.
İçindəki səsin işarə etdiyi yolda gedən Maykl Dell, bu gün dünyanın ən böyük kompüter istehsalçısı DELL şirkətinin sahibidir. 
Və bu gün təkcə www.dell.com ünvanlı saytdan gündə təxminən 15 milyon dollarlıq kompüter satılır ...  
 Hər uğursuzluq bir uğurun başlanğıcıdır.

 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN