Dünya Milyonçuları

0
2325
Dünya Milyonçuları

Milyonçunun tərifi azı bir milyon dolları olan şəxsdir. Bura daşınmaz əmlakın dəyəri daxil deyil. Dünyada hazırda 12 milyona yaxın milyonçu var.

Ekspertlər qiymətli kağızlara ən azı 1 milyon dollar yatırmış insanları hesaba alıblar. 71 ölkənin vətəndaşlarının nəzərə alındığı hesabat hazırlanarkən milyonçuların daşınmaz əmlakları, avtomobil və yaxtaları, zinət əşyalarının dəyəri hesablanmayıb.
 
Dünyada ən çox milyoner 5,2 milyonla ABŞ-da yaşayır. ABŞ-ı 1,5 milyon milyonerlə Yaponiya izləyir. İngiltərədə 570 min, Almaniyada isə 400 min milyoner yaşayır. Keçən il 11-ci yerdə olan Rusiya bu il 4-cü pilləyə yüksəlib.
 
Avropada milyonçuların sayı 1,1 faiz artaraq 3,2 milyon nəfərə çatsa da, onların toplam varidatı 1,1 faiz azalaraq 10,7 trilyon dollar olub.
 
Dünyanın ən varlı şəxsi siyahısında ilk yeri isə meksikalı telekommunikasiya nəhəngi Karlos Slim tutur. Onun sərvətinin ümumi məbləği 69 milyard dollardır. İkinci sırada isə “Mikrosoft” şirkətinin rəhbəri Bill Geytsdir. Onun sərvətinin dəyəri 61 milyard dollardır.
 
Milyonçuların sayına görə dünya ölkələrin onluğu belədir:
 
1. ABŞ - 3,100 milyon nəfər
 
2. Yaponiya - 1,822 milyon 
 
3. Almaniya - 1,822 milyon
 
4. Britaniya - 951 min
 
5. Çin - 562,4 min
 
6. Fransa - 404 min
 
7. Kanada - 280 min
 
8. İsveçrə - 252 min
 
9. Avstraliya - 180 min
 
10. İtaliya - 168 min.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN