Dünyada ən ağıllı insan hesab edilən William James Sidis

0
11165
Dünyada ən ağıllı insan hesab edilən William James Sidis

1898-ci ildə doğulmuş amerikalı William James Sidis 6 aylıq olanda artıq “New York Times”i oxuya bilirdi. 8 yaşında isə o 8 dil bilirdi və bir dili də özü yaratmışdı. Onun 11 yaşı olduqda Harvard universitetinə daxil olmuş və artıq bir ildən sonra dörd ölçülü riyazi dairələr barəsində mühazirələr oxuyurdu. Onun IQ-sü 250-300 olaraq qiymətləndirilirdi. Bu rəqəmlər şişirdilmiş də ola bilər, çünki Sidis heç vaxt IQ testindən keçməyib.


Lakin belə bir erkən başlanğıc ona heç də şöhrət gətirmədi. 16 yaşında bakalavr dərəcəsi alan və bir neçə müddət müəllim kimi fəaliyyət göstərən Sidis tezliklə ictimai həyatdan uzaqlaşdı. Daha sonralar adi mühasib və digər xüsusi bacarıq tələb etməyən sahələrdə işləyən Sidis özünü nəqliyyat sistemlərinin öyrənilməsinə və kolleksionerliyə həsr etdi. Bəzən isə o elmin bəzi sahələrinə – antropologiya, filologiya, kosmologiya və hinduların tarixlərinə aid yazılarını dərc etdirirdi.

 

ŞƏRH YAZIN