Həyatını daha yaxşı qurmaq üçün ...

0
2250
Həyatını daha yaxşı qurmaq üçün ...

 Bu gün oyandığında fərqli başlanğıc et. “Bu gün fərqli bir gündür, çünki mən bu gün də yaşayıram…Gözlərim açıq, nəfəs alıram və bu gün mənə birdaha yaşamaq şansı verildi RƏBBiM tərəfindən” öz özünə təkrarla. Unutma, dünən yaşadığın gün əlindən çıxdı, sabaha isə əlində əsas yoxdur ki,yaşayacaqsan… Elə isə bu gunun qədrini bil və şükür et!


İnsan başlı başına bir həyatdır və bu həyatda çarəsi olmayan tək şey isə, ölümdür. Sevdiyiniz sizi anlamırsa, onun sevginizə layiq olmadığını artıq başa düşməlisiniz. 

Dostun səni dəyərləndirmirsə demək ki, dostunu yaxşı tanımamısan.

Yaşadığın həyatda ilk öncə özünə dəyər ver, sonra dost-tanışdan, insanlardan dəyər gözlə. 

Bu həyatda nə vaxt gülümsəyəcəksən? Nə vaxt özünə bir şeylər edəcəksən? Niyə çox sevdiyin hədiyyəni özün-özünə almırsan?! Unutma, həyatını gözəlləşdirəcək olanda sənsən…Heçvaxt məğlubiyyetini, səhvini başqalarında görmə! Dönüb ilk olaraq özünə bax!

Başına gələn hər hansı bir hadisədən sonra, həyatından bezib ölüm istəmə, həyat qarşısında əyilmə, həyatdan daha möhkəm və bərk bağlarla yapış.

Hər yeni sabahını gülüşlə qarşıla və ətrafındakı bütün insanları öz varlıgından xəbərdar et, ən əsası bu gün üçün şükr et!

Həyata boş boşuna gəlmədiyini anla və gəldiyin kimi gətmə, daxilini, görünüşünü yaşina hec vaxt məğlub etmə, həyatla mübarizə apar və beşikdən qəbrə qədər öyrən.

Hər nə olursa-olsun həyatında müsbəti, mənfini tanı, ya da tanıma, amma əsla və əsla təbəsümünü heç bir varlıqdan əskik etmə!!!

ŞƏRH YAZIN