Məqsəd

0
4022
Məqsəd

 Bu yazı onlarla kitabdan, uğur qazanmış şəxslərin həyatından və “The V”adlanan təşkilatın biznes təlimatlarından götürülüb. Qətiyyətlə deyə bilərəm ki, diqqətlə oxusanız, müəyyən qeydlər aparsanız 10 dəqiqə ərzində öz inkişafınızın açarını tapa bilərsiniz. Bu kiçik məqalə nədən bəhs edir?

 Bu məqalənin adı məqsəddir. Bilirsiniz məqsəd nədir? ..... Mən desəm ki, məqsəd bir çox insanın unutduğu birşeydir razılaşarsınızmı? Inanmırsınızsa küçəyə çıxın və bi nəfəri saxlayıb soruşun: Ay qardaş, ay bacı sənin həyatda hədəfin nədir? Çoxu deyəcəkki hədəf nədirki, özümüz üçün yaşayırıq da.. Ya da standart cavablar eşidəcəksiniz, böyük maşın, böyük ev, xoşbəxt yaşamaq, və s...

Hərkəs deyir ki həyatda realist insanlar uğur qazanır. Mən isə əksinə düşünürəm. Həyatda xəyalpərəstlər uğur qazanır. Lakin o xəyalpərəstlər ki, xəyallarına ürəkdən inanır. İnsanın kasıbçılıq içində yaşaması qorxulu deyil. Qorxulu olan kasıbçılığın insanın içində yaşamasıdır. Milyonerlər bilirsiniz niyə milyoner olur? Onlar cibində 1 qəpiyi olmayanda belə oturub dərd çəkmir,milyonları təsəvvür edə bilir. Heç təsəvvür etmisinizki, 1oo milyon dollarınız olsa onu necə xərcləyə bilərsiniz? Bir anlıq gözlərinizi yumun və gözlərinizin önünə bu məbləği gətirin. Gözünüzü yumub 100.000.000 dolları təsəvvür edin, sonra digər cümləyə keçin.. BU qədər pulu hər gün nece xərcləyərsiniz? 

Hər gün 1000 dollar pul xərcləsəniz 30 ilə bu qədər pulu işlədib qurtara bilərsiniz...
Bu günkü durumunuzu nəzərdən keçirin. Keçdiyiniz bütün yollar sizin xəyallarınız üzərində quruldu. İnstituta girmək, gözəl iş tapmaq, sürdüyünüz maşın, ailə qurmaq, yayda haradasa dincəlmək və s. Bunlar hamısı ilk öncə sizin beyninizdə canlanıb. Deməkki indi də xəyallarınızda nəyi canlandırsanız bir müddəətdən sonra əldə etdiyiniz o istiqamətdə olacaq.

Şagird 5 almaq istəyir, bunun üçün müəllimə desə ki, müəllim mənə 5 yaz,müəllimi bunu edəcəkmi? Təbii ki yox. Bəs şagird 5 almaq üçün nə etməlidir? O dərsi oxumalı, çalışmalıdır. Məqsədi yazmaq və hər gün onu təsvir etmək önəmli deyil. Onun üçün yorulmadan çalışmaq lazımdır. Mən bir şeyi istəyirəm demək dildə olmamalıdır. Istəmək hərəkətə keçməkdir. Həmişə tələskənlik sizi uçuruma apara bilər. Biznesdə, adi həyatda məqsədli, qətiyyətli və səbirli olmalısınız. Məqsədinizin vaxtını 1 il yazmısınızsa ona 9 aya da,1 il 2 aya da çata bilərsiniz. Amma 1il tamamında yorulub ruhdan düşmək iradə zəifliyidir. Heç çay qırağında deşikli daşlar görmüsünüzmü? Onları su deşib. Sizcə bir aya,bir ilə bu mümkündürmü? Təbii ki yox. Daşı deşən suyun sərtliyi yox, onun davamlılığıdır. Məqsədinizi su misalındakı kimi davamlı istəyin. Bundan başqa bir çox insanın səhv etdiyi digər bir cəhəti də gözdən qaçırmamalısınız. Biz məqsədimizə çatmaq üçün əlimizdən gələni edirik. Amma daima yadda saxlamalıyıq ki, məqsədləri əldə etmək üçün əlimizdən gələni yox, lazım olanı etmək gərəkdir. Cılız işlərin ardınca düşərək səhv istiqamətdə enerjimizi sərf etməklə böyük məqsədə çatmaq olarmı? 

Vaxt sürətlə keçir. Biz başqaları üçün işləyirik . Bizim öz arzu və xəyallarımız var. Lakin maddi imkanlarıımız əl-qolumuzu bağlayıb. Məhz bu imkansızlıq bizə imkan vermir ki, pozitiv düşünək. Biz bu günkü şəraitimizə baxırıq və gələcəyimizi bugünümüzdən fərqli görə bilmirik. Məsələn, hamımızın qarşılaşdığı bir örnək: Ataların çoxu bir şeydən qorxur: “Bir gün balaca övladı,qızı və ya oğlu onun dizinin üstündə əyləşəcək və deyəcək: “Ata biz niyə belə kasıbıq?” Evlərinə eyni vaxtda 2-3 toy dəvətnaməsi gələndə bunları necə yola verəcəyini bilməyəcək. Və ya qadını toya geymək üçün təzə don almaq istəyəcək, amma onun maddi imkanı buna yol verməyəcək.” Onların çoxu bu qorxu altında yaşayır. Onların çoxu özlərindən asılı olmayaraq, istəməsə belə hər gün bunu gözünün qabağında canlandırır. Kişilərin çox az qismi isə hər gün övladının dizi üstündə oturaraq “Ata necə oldu ki,sən bu qədər var-dəvlətə sahib oldun?” sualını verəcəyini gözünün önünə gətirir. Çox az kişi məqsəd olaraq öz kübar yaşayışı ilə qadınının başını uca edəcəyini hər gün xəyalına gətirir. Əyər sizin həyatınızda belə kişilər varsa özünüzü xoşbəxt saya bilərsiniz.

Bir oğlan sevdiyi qızla görüşə necə gedər? Yəqin ki, bütün işlərini təxirə salar və 10-15 dəqiqə öncədən görüş yerində qızı gözləyər. Bəs həmin oğlan hər gün gördüyü yoldaşları ilə çayçıda görüşə gedərkən eyni məsuliyyət və enerji ilə gedərmi? Yəqin ki yox. Fərq nədədir? Birinci halda oğlan evdən daha güclü istək və hədəflə çıxır. Hədəflər bir qədər öncə vurğuladığımız kimi sadə hədəflər və böyük hədəflərə, qısamüddətli və uzunmüddətli hədəflərə ayrılır. Amma əsl hədəf səni irəli apara bilən hədəfdir. Hədəflə verdiyin qərar daha güclü olur. Adi,gündəlik qərarlarımızın çoxu dəyişir. Məsələn çay içmək istərkən qərarımızı dəyişib su içə bilərik. Hədəflə verilən qərarlar isə daha güclü və dəyişməz olur. Hədəfli insan böyük işlərə risk etməkdən çəkinmir və çox vaxt uğurla çıxır. Məqsədsiz insanlar isə deyirlər ki, pul qazanmaq üçün filan qədər zamana ehtiyacımız var. Lakin bu belə deyil. Pul qazanmaq üçün zamana yox, güclü qərara ehtiyac var. Məqsədsiz insan dairəvi marafona çıxmış idmançıya bənzəyir. O ömrü boyu eyni yolları keçecek, eyni məbləğləri qazanacaq, daima başqa insanlardan, işindən, hətta ölkədəki şəraitdən gileylənəcək. Çox pul qazanmaq çətin bir iş deyil. Hər hansı pulu (10 manat,20 manat və s.) qarşınıza qoyun və diqqətlə ona baxın. Sizcə bu pul güclüdür yoxsa biz? Əlbəttə biz. Bəs bunlardan 1000 ədəd olsa? Yenə biz güclüyük, çünki bu pulları biz insanlar yaratmışıq. Elə isə, bizdən zəif olan kağızları qazanmağa niyə çəkinirikki? Hər kəs həyata fərqli gəlir və fərqli pullar qazanır. Mən inanıram ki sizdə elə bir qabiliyyət varki siz onu kəşf edib inkişaf etdirsəniz milyonlarla dollar qazanarsınız. Çünki siz dünyada özünəməxsus bir insansınız. Elə isə niyə bu saatdan qarşımıza məqsəd qoyub böyük məbləğlər qazanmaq üçün daha böyük ehtirasla çalışmayaq?! Təsəvvür edin ki indidən sonra 20 il keçib və geriyə dönüb bugünkü- 20 il öncəki həyatınıza baxırsınız. Ya geriyə baxdığınızda həyatınızın bir göz qırpımında necə gəlib keçdiyinə təəccüblənəcəksiniz. Ya da məqsədlər, dalbadal uğurlar və macəralarla dolu həyat yaşadığınızı görüb qürrələnəcəksiniz.

Işinizi sevgiliniz, doğma bir insanınız qədər sevməlisiniz. Daima enrjidə olmaq, daima gülümsəmək və ruh yüksəkliyi ilə danışmaq istəyirsinizmi? Elə isə 1nömrəli qanun budur ki işinizdən həzz almalısınız. İşdə olarkən günün istənilən saatında güzgüdə özünüzə baxın. Yazdığınız böyük məqsədlərə, böyük işlərə uyğun enerji və parıltı sizin gözlərinizdə varmı? Yoxsa onu yaradın. Niyə bəzi insanlar işdə daima gülür, gözəl əhvalda və enerjidə olur,digərləri isə yalnız problemlərdən danışır. Səbəb məqsədin böyüklüyündədir. Məqsədi böyük olan insan problemləri görmür. Günü-gündən inkişaf edir, dəyişir. Təsəvvür edin ki şənbə günü,səhər tezdən 2 insan eyni zamanda evdən çıxır və işləməyə gedir. Çöldə isə güclü yağış yağır. Onlardan biri məqsədli, digəri isə günü-günə satandır. Məqsədli insan islansa belə, yağışda gözəllik görəcək və pozitiv əhvalda öz işinə tələsəcək. Digəri isə ya məcburi şəkildə işə gedəcək, ya da evə qayıdıb həftə sonunu yatmaqla keçirəcək.
Özünüzə gündəlik tutun. Hər gün baş verənləri, istəklərinizi, məqsədlərinizi ora yazın. Hər gün birinci səhifəni açanda öz məqsədinizi orada görün. Gündəlikdə səhvlərinizi yazarkən kiçik məsələlərə diqqət yetirirsiniz, onları düzəldirsiniz. Daha da təkmilləşirsiniz. Öz istəklərinizi yazmaqla onları beyninizdən bu dünyaya köçürürsünüz. Gündəlik yazmaqla siz özünüzü daha əhəmiyyətli hiss edəcəksiniz. Ətrafdakılar sizə daha çox dəyər verəcək. Çünki siz hər günü kitaba yazılacaq bir həyat yaşayırsınız. 

Mən inanıramki bu məqaləni yüzlərlə insan oxuyacaq, amma onların arasından bir insan çıxacaq. O digər insanlardan daha güclü məqsəd quracaq. O daha inamla çalışacaq. O daha böyük məqsədlər seçəcək. O digər yüzlərdən fərqli olaraq, daha uğurlu yola məhz bu gün başlayacaq.

 


 


ŞƏRH YAZIN