Nəyin Axtarışındayıq?

0
990
Nəyin Axtarışındayıq?

Xüsusən də hər kəsin sakitlik, xoşbəxtlik, sığınacaq axtarışında olduğu bu rahatsız dünyada bunu bilmək çox vacibdir, elə deyilmi? Nəyi axtardığımızı,nəyi kəşf etməyə çalışdığımızı öyrənməliyik.

Bəs yaxşı, biz nəyin axtarışındayıq? Xoşbəxtlikmi axtarırıq, ya bizi məmnun edəcək bir şeyinmi axtarışındayıq? Xoşbəxtliklə məmnunluq arasında fərq vardır. Xoşbəxtlik axtarıla bilərmi? Ola bilsin ki,nədənsə məmnunluq tapa bilərsiniz,amma xoşbəxtlik tapıla bilməz. O,bir şeyin törəməsidir, nəyinsə nəticəsidir, o hazır məhsul deyil.
 
Qorxuram, çoxumuz məmnunluq axtarırıq. Məmnun olmaq,axtarışımızın sonunda dolğunluq hissinə çatmaqdır.
Həm iç, həm də çöl dünyada hər birimizin nəyin axtarışında olduğumuzu öyrənməliyik. Bu məsələdə düşüncələrimizdə dürüstsək, heç bir məkana, hansısa bir müəllimə, kilsəyə, ya da dini quruma getməyə ehtiyac yoxdur.
 
Elə isə aşmamız gərək olan və əsl çətinlik niyyətlərimizdə təmiz, dürüst olmaqdır. Bəs yaxşı, dürüst ola bilirikmi? Və o dürüstlük, təmizlik axtarışla mı, ya da başqalarının dediklərini izləməklə mi, yoxsa hansısa kilsəyə getməklə mi əldə edilir? Saysız-hesabsız kitab oxuyuruq, bir çox toplantıya qatılır, müxtəlif qurumlara üzv oluruq – bu şəkildə həyatımızdakı çətinlik və səfilliklərə bir çarə tapmağa çalışırıq. Hansısa kitabın, müəllimin, qurumun bizi təmin etdiyini düşünürük, o zaman içində qalaraq kristallaşırıq və xarici dünya ilə olan bağlılığımız kəsilir.
 
Bütün bu qarışıqlıq arasında əbədilik, daimilik, həqiqət, Tanrı, gerçəklik – ya da nə ad verirsinizsə verin,bunları axtarırıq.
Çoxumuzun içində əbədilik axtarışı var, tutuna biləcəyimiz, bizə özgüvən, ümid, qalıcı bir həvəs, əminlik hissi verən bir şey axtarırıq, çünki içimizdəki heç bir şeydən xəbərdar deyilik. Özümüzü dərk etmirik. Ümumi həqiqətləri, kitabda yazılanları bilirik, amma özümüz haqda bir şey bilmirik.
 
Və istədiyimiz son şey də budur: özümüzü dərk etmək. Şübhəsiz ki, bu üzərinə nələrisə inşa edəcəyimiz tək bünövrədir. Amma inşa etmədən, çevrilmədən, qınamadan,ya da dağıtmadan öncə nə olduğumuzu dərk etməliyik.
 
Həqiqəti, Tanrını tapmaq üzrə axtarışa çıxmazdan, hərəkətə keçməzdən, bir-birimizlə münasibətə girməzdən öncə özümüzü anlamaq vacibdir. Səmimi insan o insandır ki, bir hədəfə necə çatacağını deyil, ilk növbədə bunun nə olduğunu dərk edir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN