Özünü Dərk Etmək Nədir?

0
5953
Özünü Dərk Etmək Nədir?

İnsanın özünü dərk etməsi bilik və ya yığdığı təcrübə ilə əldə edilməz.Özünü dərk etmək anlıq məsələdir. Özümüz haqqında bilik toplasaq, bu bilik özümüzü dərin şəkildə anlamağımıza mane olar. Yaxşı, özünü dərk etmək üçün hansısa bir yol,sistem,metod vardırmı? Hansısa bir filosof, alim sistem, metod və ya bir üsul icad edə bilər, amma sistemin ardınca getmək şübhəsiz ki, o sistemin yaratdığı bir nəticəyə gətirib çıxaracaqdır, elə deyilmi? Əgər özümüzü dərk etmək üçün bir üsul ardıyca getsək, o sistemin yaratdığı nəticəyə çıxarıq, amma nəticə şübhəsiz ki, özünü dərk etmək olmayacaqdır. Bir şablona uymaq,özünü dərk etmək demək deyil.

Avtoriter – müəllim, mürşid, xilaskar, təbii olaraq insanın bütünlüklə özünü anlamasını əngəlləyir və dolayısı ilə nəticədə azadlığı yox edir, yaradıcılıq ancaq azadlıq olanda var. Yaradıcılıq ancaq insanın özünü dərk etdiyi zaman var. Çoxumuz yaradıcı deyilik, bir-birimizi təkrarlayan maşınlarıq, hansısa mülahizəni dönə-dönə çalan qrammafonlar kimiyik. Yaradıcı olmaq,rəsm çəkmək,ya da şeir yazıb şöhrətli olmaq demək deyil. Bu yaradıcılıq deyil, bir fikri ifadə etmək bacarığıdır və cəmiyyət tərəfindən alqışlanır, gözardı edilir. Bacarıqla yaradılış eyni şey deyil, bacarıq hansısa bir texnikaya,üsula yiyələnməkdir. Yaradıcılıq isə fərqli bir yaradılış halıdır, öz olmaqdır, təkrarçılıq deyil, içində məncilliyin olmadığı, zehində artıq təcrübələrin, həvəslərin, cəhdlərin, istəklərin və cəhdlərin olmadığı haldır; o mütləq bir hal deyil, hər an yenidir, dəyişir. İçində “mən” in “mənim” in olmadığı, hansısa ehtiras, bacarıq, məqsəd və ya səbəbin olmadığı bir hərəkət halıdır.
Özünü dərk etmək bir nəticə, çatılacaq bir nöqtə deyil, insanın hər an özünü münasibətlərin – sahib olduqlarıyla, əşyalarla, insanlarla və fikirlərlə olan münasibətlərinin güzgüsündə görməsidir. Amma ayıq olmaq, fərqində olmaq bizə çətin gəlir və biz ancaq bir üsulu təqib edirik – avtoritetləri, batil inanclar və təminedici nəzəriyyələri qəbul edərək zehnimizi korlaşdırmağı tərcih edirik və beləcə zehinlərimiz yorğun, gərgin hala düşür. Elə bir zehin azadlıq halında ola bilməz. Məlumlarla dolu olan beyin məhkumdur və o, məchulu dərk edə bilməz.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN