Özünüzə Qiymət Verin!

0
3304
Özünüzə Qiymət Verin!

Özünüqiymətləndirmə hər bir şəxsdə həyatda uğur qazana bilməsi üçün önəmli amillərdən biri olsa da, tez tez imkanlarının fərqində olmayan insanlarla qarşılaşırıq. Bu da mənlik hissinin uşaqlıq dövründə, yəni insan imkanlarının zəif olduğu vaxt formalaşması ilə bağlıdır. Bundan əlavə mənfi ətraf mühit də öz təsirini göstərir. Özünüqiymətləndirmə səviyyəsini qaldırmaq tamamilə mümkündür, lakin bu bir qədər yavaş prosessdir. Mənlik hissinin inkişaf etdirilməsi səyləri hər bir insan üçün faydalı ola bilər.

 
1.Özünüzü başqaları ilə müqayisə etməyi dayandırın. Sizdən üstün cəhətləri və zəif cəhətləri olan insanlar həmişə mövcuddur və mövcud olacaqdır. Əgər daima özünüz kimləsə müqayisə etməyə cəhd etsəniz, daima məğlub etməyə çətinlik çəkdiyiniz rəqibləriniz olacaq.
 
2.Özünüzü danlamağa və günahkar hiss etməyə bir son qoyun. Həmişə özünüz və bacarıqlarınız haqda mənfi fikirdə olsanız heç vaxt özünüzqiymətləndirmə səviyyəsini qaldıra bilmərsiniz. İnkişaf özünüz haqda dediklərinizlə birbaşa bağlıdır.
 
3.Keçmiş nəaliyyətlərinizin siyahısını tərtib edin. Bu mütləq monumental bir şeydən ibarət olmalıdır. Siyahı kiçik qabiliyyətlərinizdən ibarət olar, məsələn; sürücülük vəsiqəsi almaq, müntəzəm olaraq idman zalına getmək və s. Siyahını daima nəzərdən keçirin. Nəaliyyətlərinizi oxuduqca gözlərinizi qapamağa və ilk dəfə duyduğunuz məmnuniyyət hissini bir daha yaşamağa çalışın.
 
4.Özünüzə sadiq olun. Öz həyatınızı yaşayın. İstədyiniz həyatı sürə bilməsəniz özünüzə hörmət də edə bilməyəcəksiniz. Qərarlarınızı qohumlarınızın və ya dostlarınızın istəklərinə uyğun qəbul edirsinizsə, deməli özünüzə sadiq deyilsiniz.
 
5.Hərəkətə keçin! Yerinizdə oturub qarşınızdakı imkanlardan istifadə etmirsinizsə deməli, inkişaf da etmirsiniz. Qorxularınız və ya başqa narahatlıqlarınız üzündən hərəkətə keçə bilmirsinizsə, daha çox məyusluq və qəmginlik keçirəcəksiniz.
 
Unutmayın siz-böyük imkanları və potensialı olan unikal şəxsiyyətsiniz!
 
Korrektə etdi :Salmanlı Ayna

ŞƏRH YAZIN