Tısbağa Taktikası...

0
7025
Tısbağa Taktikası...

Bəzi hallar bizi qıcıqlandırır və özümüzdən çıxırıq. Belə vəziyyətlərdə ümumiyyətlə hirslənməkdən başqa bir yol görə bilmirik. Amma özümüzü nəzarətdə saxlamaq üçün müəyyən üsullar vardır. Bunlardan biri də tısbağa taktikasıdır.
Qəzəblənmə ümumiyyətlə ətrafımızda nəzarət edə bilmədiyimiz bir vəziyyət səbəbindən baş verir. Lakin hər nə olursa olsun əsəbimiz keçdikdən sonra etdiklərimizdən utanc duyuruq. Hirs insanın aşması lazım olan bir duyğudur.
Tısbağa texnikası olduqca sadə və faydalıdır. İndi gözünüzdə bir tısbağa canlandırın. Bir təhlükə anında tısbağa nə edir? Əlbəttə ki, qabığına çəkilir. Qəzəblənməyimizində əsas səbəbi təhlükəni hiss etməyimiz.
Zehinimiz təhlükə anında iki şəkildə reaksiya verir: qaç canını qutar və ya savaş, mübarizə et.
Biz mənliyimizlə deyil, öz şəxsiyyətimizlə hərəkət etməli və əsəbimizə qətiliklə nəzarət etməliyik. Hirsləndiyimiz zaman etməmiz lazım olan taktikalar çox sadədir.
 
1. Əsəbini hiss et və izlə
Qəzəbini hiss et və onu izlə. Onun necə yüksəldiyini və səni necə məcbur etdiyini duy. Bu sayədə hirsə qapılmaq əvəzinə onu izləyərək onu anlamış olacaqsan.
 
2. Hirsləndiyinizdə neqativ düşünməyi buraxın
Hirsləndiyimizdə ümumiyyətlə parçalamaq, qırmaq, söymək, döymək kimi dağıdıcı düşüncələr bizi bürüyür və bunlara bəzən tabe olarıq. Lakin əsəbimiz keçdikdən sonra nə təəssüf ki bizə buraxdığı şeylər qorxuncdur. Sevdiklərimizin xətrinə dəymiş, onların qəlbini qırmış və peşmançılıq kimi acı duyğu. O halda əsəb gələn kimi söndürülməsi lazım olan ən önəmli düşüncələr hirs düşüncələridir. Onları dayandırın görəcəksiniz ki, hirsiniz də yatdı.
 
3. İndi tısbağa kimi qabığınıza çəkilin
Bunu bir meditasiya kimi düşünün. Təsəvvür edin sizin də tısbağa kimi qınınız var. Daxilinizə qayıdın...dərin nəfəs alıb-verin və sakitləşməyə  fokuslanın. Bu sayədə sakitləşəcək və əsəbinizi qamçılayan hormonlardan xilas olmuş olacaqsınız. Ümumiyyətlə sakitləşməyiniz bir-iki dəqiqədən çox sürməz...
 
4. Artıq qınınızdan çıxa bilərsiniz
İndi problemi daha dəqiq görəcək, doğru bir addımla yaxınlaşacaqsan...
 
 
 
 
 
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN