4N Düsturu

0
3689
 4N Düsturu

Xoşbəxtlik kimi bədbinlik də təbii bir hissdir. Əksər şəxslər bədbinlik hissini qarşısı ala bilinməyəcək güclü bir külək olduğunu, ona qarşı tab gətirmənin bir işə yaramayacağını, külək dayanana qədər ona müqavimət göstərmənin nafilə olduğunu düşünür. Ancaq digər bütün problemlər kimi, bədbinliyi də həll edən bir düstur var: "4N düsturu"

 

Nə zaman?: Əvvəlcə ruh vəziyyətinizi qiymətləndirin. Nə zaman özünüzü pis hiss etməyə başladınız? Bu səhər? Əvvəlki axşam? Ya da dünən gecədən bəri mi?

 

Nə?: Sizi üzən nə idi? Bir yoldaşınızın sağlamlıq vəziyyəti haqqında  öyrəndikləriniz mi? Sizi qışqıraraq çağıran bir müştəri mi? Aldığınız aşağı qiymət mi? Müdirin layihə haqqında etdiyi tənqidlər mi?

 

Niyə?: Bu vəziyyət sizə nə üçün belə təsir edir?

Problemin sizi bu vəziyyətə salmasına səbəb olan şey nə idi əslində? Dostlarınızla mübahisə etmək yalnız buz dağının görünən üzüdür. Vəziyyətə daha yaxından baxmaq buz dağının görünməyən qismi haqqında məlumat verəcək. Belə hiss etməyinizin, sizin bilmədiyiniz ya da fərqinə varmadığınız  başqa səbəbləri olmalıdır mütləq. Məsələn tanışlarla mübahisə etmənin kökündə ona olan etibarınızı itirmiş olmanız, özünüzü yalnız hiss etmək, dostluğa inancınızı itirmək kimi duyğular da sizi gerçək mənada üzən, pis hiss etməyinizə bais olan  səbəblər var.

 

Necə?: Və son olaraq, sizi əsl nəyin üzdüyünü aşkar etdikdə, indi düşüncələrinizi həll etmək üçün yönəldin. Bədbin hiss edərkən bunu bacarmaq asan deyil əlbəttə. Bu nöqtədə edəcəyiniz son şey, problemə ilişib qalmaq olacaq. Pis hiss edənin siz deyil, bir tanışınızmış kimi düşünsəniz həll yolunu tapmaq daha asan olacaq. Özünüzü pis hiss edən tanışınıza kömək edən dost yerinə qoyun. Bu vəziyyətdəki tanışınıza nə söyləyər, hansı həll yollarını məsləhət görərdiniz?

 

Ən yaxşı və doğru cavabı tapdığınızda tanışınızın dostu rolundan uzaqlaşıb reallığa dönə bilər, təklifinizi öz həyatınıza tətbiq edə bilərsiniz.

 

 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

 

ŞƏRH YAZIN