İş həyatının yenilənməsi

0
1796
 İş həyatının yenilənməsi

İş günlərinizi hesablamaq üçün bütün günlərin sayından xəstə olduğunuz günləri çıxmanıza ehtiyac yoxdur. Amerikalı işçilərin son araşdırmalarının nəticəsinə görə, peşəmizlə xoşbəxt olmamız üçün yaradılan proqramların sayının artmasına rəğmən, işdən çıxanlara hər il 500 milyon dollar, iş stresinin həll olunmasına görə isə təxminən 300 milyon dollar əlavə pul ayırılır. Amma yeni tədqiqatlar iş mühitində həm dincliyin, həm də məhsuldarlığın artmasında özünün ağlasığmaz təsirini göstərmişdir. İşə yeni başlayanlar bunun əslində bir növ yarış olduğunu qəbul edirlər və bu da onlara fikirlərini rahatlıqla işlərinə toplamaları üçün kömək edir.  

İşdən başını ayırmaq üçün yollar axtar
Penisilvaniya universitetində “İnsan analitikası” şöbəsində işləyən Wharton [Varton] ilə əməkdaş tədqiqatçı Rel Rebele [Rel Rebel] bildirir, “Əgər iş mühitində özünü gümrah hiss etmək istəyirsənsə, qısa bir müddətlik də olsa işdən başını ayır”. Ekspertlər bu sübuta yetirilmiş metodların stresin azalması üçün kömək etməsi fikri ilə razıdır. (Və ən əsası, bu metodların içərisində “İş masasında meditasiya öyrənmə” mövzusu yer almır). 
 
5 dəqiqənizi kiməsə ayırın.
İnsanları bir-birinə bağlayan məfhumlardan biri kömək təklifidir. Məsələn, iş stresinin təsirindən qanı qaralan birinə 1 fincan kofe sürprizi elə də çətin addım deyil. Lakin əvəzində isə, bu kiçik sürpriz həmin şəxsin yorğun və gərgin gününü əksinə dəyişə bilər. Alqoritm: 5 dəqiqənizi ayırın---sevindirəcəyiniz şəxsi seçin---və günün xilası. 
 
Kiçik dostunuzla oynayın.
Bu, bir iş mühiti üçün münasib görünməsə də, ev heyvanınızı işə gətirmək və kiçik fasilələriniz müddətincə onla oynamaq iş stresinə və məhsuldarlığa öz müsbət təsirini göstərir. Müdürdən bu barədə izn almaq cəhdindən ziyan gəlməz. Əlbəttə bunun iş abu-havasını pozmayacağına əminsinizsə.
 
Telefonunuzu gizlədin. 
Deyə bilərsiniz ki, işdə telefondan istifadə etmirəm. Amma aparılan tədqiqatların nəticələri göstərir ki, telefonun yanınızda açıq vəziyyətdə olması işə  diqqətinizi yetərincə cəmlənməsinə imkan vermir. Hətta bəzi araşdırmaçılara görə, telefonların icadı insanlar arasında sevgi və inama mənfi təsir etmişdir. Bəlkə də...
 
Fasilə vaxtını düzgün seçin. 
İş arası fasilə verməyin önəmini izah etməyə, məncə, ehtiyac yoxdur. Ancaq fasilənizin vaxtını düzgün təyin etməyin önəmi də böyükdür. Belə ki, günorta yeməyindən öncə, yəni səhər vaxtı fasilə verənlər işlərindən daha məmnun olduqlarını deyirlər. Onların bunun əksinə, günorta dincəlməyi seçənlərə nəzərən həm mənəvi, həm də fiziki cəhətdən daha dinc həyatları və məhsuldar iş rejimi olur.
 
Tələsməyin.
Bir araşdırma zamanı müşahidəçi işçilərə tapşırıq vermişdi. Lakin bu tapşırıqla yanaşı onlara 5 dəqiqəlik oyun oynama haqqı da verilmişdi. Bir qrup işçi dərhal işə başlasa da, digər qrup oyundan sonra tapşırığa keçməyə qərar verdi. Nəticə isə belə idi: 5 dəqiqə ərzində oyun oynasalar belə, beyinləri arxa planda işlədiyi üçün işə gec başlayan qrup ortaya daha kreativ və məmnunedici iş çıxardı. 
 
Qeybə çəkilin.
Rebele: “Təqviminizə hər gün 10 dəqiqəlik gəzinti əlavə edin. Lakin bu o demək  deyildir ki, bu zaman ərzində yenə iş barədə düşünməlisiniz. İş düşüncələrinə qərq olmaq əvəzinə, kiməsə zəng edə, meditasiya ilə məşğul ola və ya işlə əlaqəsi olmayan bir söhbət üçün dostunuzla görüşə bilərsiniz” .
 
Kolleqalarla ünsiyyət.
“Sosiallaşmaq özünə qapanıq insanlara belə müsbət təsir göstərir”, Rebele. Ancaq stresi uzaq saxlamaq və mükəmməl bir tənəffüs üçün ofis mühitində kiçik söhbətlər (işi bölmədiyi təqdirdə) xeyirli ola bilər. 
 
İşi öz istədiyiniz kimi bitirin.
Bir araşdırma göstərir ki, iş saatı bitən kimi kimləsə görüş təyin etmək və ya bu kimi hallar özünüzü kontrol olunurmuş kimi və daha gərgin hiss etmənizə gətirib çıxaracaq. Bununla belə, iş saatını uzatmaq müdürünüzün gözündə sizi qaldırmaq yerinə şəxsi həyatınızı məhdudlaşdıracaq.
 
Mənbə: Global Wellness İnstitute (Qlobal rifahın yaxşılaşmasına xidmət edən və Floridada yerləşən bir müəssisə), Journal of Occupational Health (Yaponiyada nəşr olunan və iş mühiti, sağlamlıq haqqında jurnal)
 
 
Tərcümə etdi: Jalə Mirzəyeva
 

ŞƏRH YAZIN