Sürətli oxuyan dahilər

0
4319
 Sürətli oxuyan dahilər

... Bəli, gün ərzində ətrafımızda olan insanlardan, daxilimizdən çox istəklər, arzular eşidirik. Bəs onları həyata keçirmək necə? Düşünürükmü? Nə edirik? Bəs məsələnin həlli barəsində necə? Bu haqda nələr düşünürük? Nə plan qururuq? Nə etməyə çalışırıq? Düşünürsünüzmü? Cəhd etməyi planlaşdırırıqmı? Əgər cavabımız “yox”dursa nə fikirləşirik? Niyə cəhd etmirik? Axı nədir bizə mane olan? Bax budur əsl məsələ. Başa düşürəm, uğursuzluğa düşməkdən qorxuruq, narahatıq. Amma bu uğursuzluqun arxasında bizi nələr gözlədiyini bilmirik, daha doğrusu bilmək istəmirik. Bax elə hər şey istəyimizin olmamasından yaranır. Bu məsələ olduqca maraqlı olan məsələlərdən biridir. Həlli yolları varmı, varsa hansılardır? Nələr edə bilərik? Daha doğrusu nələr etməyə qadirik? Budəfəki məqaləmdə bu məsələləri araşdırmağa çalışacam.

Hamımızın müəyyən problemlərimiz vardır. Amma bir cəhəti və əsas problemlərdən olanını xüsusi vurğulamaq istəyirəm. Bu, problemin həlli yolunu bilməyimiz və bildiyimiz halda həlli üçün çalışmamağımızdır. Aha, bəli, düz oxudunuz. Problemin həlli yolunu bilirik, lakin nəticə verməsi üçün heç bir hərəkət etmir, addım atmırıq. Belə bir həyati nümunə göstərmək istərdim: Hər birimiz özünmüzə yaxın hesab etdiyimiz bir insanla problemlərimizi bölüşürük.Şərti olaraq A və B kimi işarə edək.
 
A: Filan problemim var –söyləyir.
B: Belə olsa daha yaxşı olar- söyləyir.
A: Hə, onu bilirəm, başqa nə edim görəsən? Başqa, başqa nələr edə bilərəm? Nə variantın var?
 
Bildiyimiz halda n sayda başqalar axtarırıq. Fikrimizdə tutduqlarımızdan ən azı birini icra etməyə çalışsaq, böyük dəyişikliyin olacağını söyləmək düzgün səslənərdi. Elə isə sual yaranır, bildiyimiz halda niyə icra etmirik? Hansı daxili və ya xarici qüvvələrdir bizə mane olan?
 
Bəlkə də düşünəcəksiniz ki yenə də eyni mövzular, yenə daxili güclər, yenə, yenə, yenələr... Sizcə də artıq, necə deyərlər özümüzə gəlməyin vaxtı deyilmi? “ Bugün yox, işim var, sabah da olmaz, yox, həvəsim yoxdur, başqa vaxt mütləq, ya da dərsdən ( işdən) sonra, sabah edərəm.” Bu sabahlar nə vaxtadək davam edəcək? İşdən (dərsdən) sonra deyirik, dərsdə (işdə) yoldaşlarla hansısa ortaq fikrə gəlirsiniz və onun ( düşündüyünüzün) icra etmək fikrindən daşınırsınız. Düşündüyünüz arxa plana, yoldaşlarınızla gəldiyiniz ortaq qərar isə ön plana keçir. Bu sabahlar nə vaxtadək belə davam edəcək? Sabah, sabah, sabah edərəm... bu sabahlar belə uzanaraq mənfi sonsuzluğadək gedir. Bəs bizim qazanacağımız nə olur ,- deyə soruşsanız cavabı belə olacaqdır: Böyük, olduqca böyük bir heçlik, boşluq, zaman itkisi.
 
Düşünürəm ki, hər bir insanın həyatında bir dəfə də olsa belə məqam olub: ” Kaş bunu vaxtında vaxtında edərdim” dediyimiz hadisələr yaşamışıq. “Kaş ki elə bunu o vaxt edərdim, - dediyimiz hallar da olub təbii ki...”. Bəli, belə hallar da olur, çünki, fürsət anlayışı vardır. Belə bir aforizm vardır ki, 3 şeyi geri qaytarmaq mümkün deyil: fürsət, zaman, söz. Fürsət- bir sözü demək və ya bir iş görmək üçün əlverişli an, münasib vaxt, məqamdır. Qanadlı bir quşdur fürsət əzəldən,- söyləmişdir dahi insan S.Vurğun...
 
Bəlkə də sual yarana bilər ki, əgər normal şərait yoxdursa, bunu necə edə bilərəm? “hə, istəyirəm, amma əlimdən heçnə gəlmir axı,- necə edim? Məndən asılı deyil bu,-məndə alınmaz axı, mənim heç bir günahım yoxdur, sadəcə vəziyyət belədir ki, alınmır”- tipli kəlmələr çox eşidirik. Bir dəfə alınmaz, beş dəfə alınmaz. Nə vaxtsa, neçənci cəhddən sonra alına bilər,- deyə düşünürəm. Niyə cəhd etməkdən qorxuruq? Niyə uğursuzluq yaşamaqdan narahatıq? Çünki, uğursuzluğun uğurun toxumu olduğunu bilmirik. Bu mövzunu geniş şəkildə araşdırsaq etiologiyası uşaqlıq dövrünə gedib çıxacaqdır. Məsələni müxtəlif aspektdən araşdırmaq olar. Bu da tam başqa və əhatəli mövzulardandır. Sadəcə söyləmək istədiyim budur ki, uğursuzluqdan qorxmamalı, onun gətirdiyi ruh düşkünlüyünə qapılmamalıyıq. Belə bir aforizmi xatırlayıram ki, müvəffəqiyyət hər gün yığılan kiçik cəhdlərin nəticəsidir. Heç bir insanı nümunə gətirə bilmərik ki, filan şəxsin həyatı hər zaman düz xətlə yüksəlib, heç vaxt yox nədir bilməyib. Çox uzağa getməyək. Milyonlarları, milyardları olan insanların həyatlarını araşdırsaq görərik ki, bu dərəcəyə gələnəcən hansı yollardan keçiblər, hansı məğlubiyyətlərlə, uğursuzluqlarla qarşılaşıblar. Belə bir ifadə vardır ki, “ əgər yıxılmısansa, bu hələ təslim olmaq və ya uğursuzluq demək deyildir. Əsl uğursuzluq yıxıldıqdan sonra ayağa qalxmamaqdır. “
 
Yenə bir ifadə nümunə gətirmək istərdim: Heç kəs müvəffəqiyyət nərdivanlarına əlləri cibində qalxmamışdır. Yəni, elə bir insan yoxdur ki, zəhmət çəkmədən hansısa işini tam həll edə bilib, yoluna qoysun. Heç bir müflis olmayan milyonçu milyonçuluqdan, o hislərdən aydın, rahat tərzdə bəhs edə bilməz. Hər birimiz uğursuzluqlarla qarşılaşırıq. Müasir aktual problemlərdən biri olan işşsizlik. Onu qeyd etmək istəyirəm ki, hazırki yaşadığımız dövrdə təkcə diplom almaqla işə düzələ bilmərik, hansısa xarici dil bilməyimiz zəruridir. Bu da tam başqa mövzudur həqiqətə baxıldıqda. Diplomdan söz salmışkən, niyə düzgün qərar verə bilmirik soruşsanız, ehtiyac və zərurət anlayışlarının mahiyyətini, fərqli fikirlər olduğunu anlaya bilmirik,- desəm heç də yanılmaram. Bu da həqiqətdir ki, müasir dövrümüzdə tələbələrin 90%-i diploma zərurət, təhsilə, savadlı olmağa isə ehtiyac kimi yanaşırlar. Gəlin razılaşaq ki, “ eh, boş şeydir təhsilli, savadlı olmaq. Əsas diplomdur, o oldusa sənə hər yerdə yaşıl işıqdır, iş tapacaqsan asanlıqla,- kimi ifadələr çox söylənilir. Bu məqamda fərdi inkişafla bağlı “ Varlı ata, kasıb ata” kitabının müəllifləri Robert Kiosaki və Şeron Lektordan nümunə gətimək istərdim. Adıçıkilən kitabda qeyd edilir: “ Müasir dövrdə uşağa verilə biləcək ən təhlükəli məsləhət “ məktəbə get, yaxşı oxu və yaxşı qiymətlər al, özünə daimi iş tap”. Bu uşağa veriləcək ən təhlükəli məsləhətdir.”
 
Mənə elə gəlir ki, uğur qazanmağın yollarını öyrənmək üçün ilk növbədə, uğursuzluğun nə olduğunu bilməliyik. Öncə də qeyd etdim ki, uğursuzluqla qarşılaşmayan insan yoxdur. İnsanların uğursuzluqlarıyla barışa bilməmələrinin səbəblərinə diqqət çəkmək istəyirəm. Belə insanları araşdırsaq, görə bilərik ki, belə hallarla aşağıdakı ailə formalarında böyüyən uşaqlar rastlaşır:
 
1-Evin tək övladı olub, ərköyün böyüyən uşaqlar;
2-Bacılarını tək qardaşı olanlar və ya qardaşlarının tək bacısı olanlar.
 
Söylədiyim bu fikri təbii ki, bütün ailələrə şamil etmirəm, amma təəssüflə qeyd olunmalıdır ki, böyük əksəriyyət ailələrdə bu hal yaşanmaqdadır. Burada əsas olaraq ərköyünlüyün üzərinə diqqət çəkəcəm. Bəli, ərköyünlük. Onlar uşaqlıqda sərbəst, nə istəsə onu edən, daha çox əzizlənən, istək və arzuları həmişə yerinə yetirilən uşaqlar olublar. Belə deyək ki, valideyn uşaqların istəklərinin böyük əksəriyyətini yerinə yetirir, onlari rahat, komfortlu, əziyyətdən kənar bir şəraitdə böyüdürlər. Bunun səbəbini soruşduqda isə ,- mən uşaqlıqda çox məhdudiyyətlərlə böyümüşəm, sıxıntı içərisində yaşadığım üçün övladımın bu tərzdə böyüməsini istəmirəm,- deyə vurğulanır. Məsələyə bu aspektdən yanaşmaq, heç də ürəkaçan hesab edilməz və müsbət nəticələnməz.
 
Və bir də elə valideyn vardır ki, “yox “ kəlməsini söyləyə bilmirlər və belə hallar çoxaldıqca sonradan da ardıcıl olaraq problemlər yaranır. Bəzən, yox deməyi də bacarmaq lazımdır. Hər şey rahat, asan, bir dəfə cəhd etməklə həll olacaq,- deyə bir anlayış yoxdur. Belə mühitdə, tərzdə böyüyən uşaqlar həyatın da sonrakı mərhələlərində bu formada davam edəcəyini düşünür, valideynlərinin onlara davranacağı tərzi başqa insanlardan gözləyir. Belə olmadıqda, tam əksini yaşayan zaman gözləmədikləri gözləntilərlə qarşılaşırlar və böyüdükdə, sərbəst qərar vermək anı çatdıqda , qərarsızlıq, sərbəst fikir yürütməsi, bir işi heç kimin köməyi olmadan sona çatdırmaq tələb olunduqda bunun öhdəsindən nə dərəcədə gəlməsi sual işarəsi altındadır. Onlar həyatlarında uğur qazanmayanda və ya hansısa işin öhdəsindən gəlmədikdə qüsuru başqalarında axtaracaq, suallarına cavab tapmayanda isə ruhdan düşəcək, növbəti dəfə o işi təkrarlamayacaqlar. Belə hallarla gələcəkdə qarşılaşmamaq üçün uşaqlıq dövründən onları sadə izahlarla başa salmaq və müsbət yöndə formalaşdırmaq lazımdır. Qeyd etdiklərim məsələyə psixoloji yanaşma idi.
 
Uşaqlıqda hər şeyini həll edən valideynlər- nə qədər ki, problemi uşaqlarının sərbəst həll etməsinə şərait yaratmayacaqlar, onların öz ayaqları üzərində durmalarını necə təmin etdiyi sual işarəsi altındadır. Onlar gələcəkdə necə ailə başçıları olacaqlar? Hansı xüsusiyyətlərinə görə özlərindən sonrakı nəsillərə örnək olacaqlar? Ola biləcəklərmi həqiqətən? Bunu zaman göstərər... Həqiqətən çətin sualdır. Məhz buna görə də gələcəkdə belə çətin suallarla qarşılaşmamaq üçün tədbir görməyin vaxtı çatdı...
 
Gəlin, belə edək. Sən, bəli, sən. Oxudun bu yazını. İndicə olduğun yerdən hərəkətə keç, ürəyində tutduğun bir işin həlli üçün nələrsə et, dayanma., gözləmə. Saata baxma, gec deyil, narahat olma. Elə bu an başla. Qorxma, başla, ən xırda bir işdən başla, cəhd et, özünə inan! Başqa insanlar, ətrafın belə sənə inanmasa, sən özünə inanmaqdan yorulma. Nə qədər ki, özünə inanmaqdan yorulmayacaqsan, bir o qədər də özünü qalib kimi hiss edəcəksən. Əsas hiss etməkdir. Əgər hiss edirsənsə, qalib olacağın gün elə də uzaqda deyil,- deməkdir. Yetər ki, buna inanasan və hərəkətə keçəsən. Belə bir reallığı qeyd etmək istəyirəm ki, hər bir insan nəyisə ürəkdən istəyirsə, o zaman heç bir xarici güc onu fikrindən daşındıra bilməz. Bəli, yetər ki istəsin. İnsanoğlu istədiyi hər bir şeyi gerçəkləşdirməyə qadir bir canlıdır. Bu güc hər birimizdə vardır. Yetər ki onu üzə çıxara bilək. Dağ boyda görünə bilən arzular bir dəqiqə içərisində nöqtə kimi ola bilər. Əsas olan baxış bucağımızın dəyişməsidir. Problemi özümüzdən aşağı düşünək,o zaman yüksəkdən baxdıqda kiçik bir obekt kimi görəcəyik dağ boyda təsvir etdiyimiz problemi.
 
İstəmək əldə etməyin yarısıdır,- prinsipini əsas tutaraq, daim hərəkətdə olmanız diləyilə əzizlərim...
 
 
Qasımova Fatiməxanım 

ŞƏRH YAZIN