Bir gülüşü var ki ...

0
2672
Bir gülüşü var ki ...

 Gülüş ən gözəl musiqidir, deyirlər. Eşitdikcə rahatlıq, müsbət enerji qazandırır. Xüsusilə də bir qadının gülümsəməsi dünyanın ən gözəl, ən seyirlik, ən dinclik verici görünüşlərindən biridir.

Hətta inanıram ki,xoşbəxtlik bütün enerjisini qadınların gülümsəmələrindən alır...

Kaliforniyalı psixoloqlar, qadınların kişilərə qarşı niyyət və düşüncələrini gülümsəmələrindən anlamanın mümkün olacağını ifadə etdi.

Mütəxəssislər qadınların tanımadığı bir kişi ilə qarşılaşdığında fərqli gülümsəmə şəkillərinə sahib olduğunu dilə gətirdi. 

Adamın gülümsəmə tərzi isə sadə bir salamlama şəklindən ibarət deyil. Altında daha fərqli mənalar yatır.

Duchenne gülüşü

19. əsrdə yeni bir əzələ hərəkətini təyin etməyi bacaran psixoloq Duchenne de Boulogne'nin adının verildiyi gülüşdür. Həm dişlərin həm də diş ətlərinin göstəriləcəyi şəkildə sərgilənən bu gülümsəmənin mənası: "Yaxınlaşmasan yaxşı edərsən" olaraq şərh olunur.

Cilvəli gülümsəmə 

Qısa və dodaqların tək bir tərəfi sərgilənən gülümsəmədir. Ümumiyyətlə qadının başını digər tərəfə çevirərkən göz ucuyla kişiyə baxaraq etdiyi bu gülümsəmə azadlıqdır və "tanış ola bilərik" mənalarını bünyəsində saxlayar.

İctimai gülümsəmələr

Bu tərz gülümsəmələr ümumiyyətlə qaşların qaldırılması və gözlərin günahsız bir şəkildə çevrilməsi ilə sərgilənir. Qadınlar gülümsədiktən sonra, gözlərini yerə salar və başını da aşağı doğru çevirər. Ümumiyyətlə istiqanlılıq və səmimi olmaq istəyinin nümayəndəsi olan bu gülümsəməyi gördüyünüzdə tanış olmaq üçün dəvətnamə almısınız deməkdir.

ŞƏRH YAZIN