Borcların vaxtından əvvəl bağlanması yoxsa pul yığmaq?

0
1841
Borcların vaxtından əvvəl bağlanması yoxsa pul yığmaq?

Dünyanın ən tanınmış maliyyəçiləri “borcların vaxtından əvvəl bağlanması və ya pul yığmaq” mövzusunda mübahisələr aparırlar. Bəzi maliyyəçilər hesab edirlər ki, əgər sizin üzərinizdə yüksək faizli kredit varsa onu bağlamağa tələsməlisiniz, bəziləri isə gəlirin 10-20%-ni “qara günə” saxlamağı məsləhət bilirlər.


Pul yığmaq

Kredit borcunuz ola-ola pul yığmaq çətin bir şeydir. Wells Fargo Retirement apardığı sosial sorğusuna əsasən ABŞ vətəndaşlarının 87% pul çatışmamazlığı səbəbindən qırağa pul qoya bilmirlər. Onların 81% bunu borclarının tez bağlamaq istəyi ilə bağlıdır.

Borcun qaytarılması prioritet məsələlərdən biri olmalıdır. Ən azından bu sizin gələcəyiniz üçün təhlükəli ola bilər. Xüsusən də bu banklara və ya mafiyalara borcları olanlara aiddir.

Lakin böyük hissələrlə borcu qaytarmazdan əvvəl ekspertlər məsləhət görürlər ki, siz qırağa da pul qoyasınız. Ən azından gələcəkdə yenidən borca girməmək üçün. Lakin unutmayın ki, borcların qaytarılması bir nömrəli məsələdir.


Borcun vaxtından əvvəl bağlanması

İndi isə borcların vaxtından əvvəl bağlanmasının üstünlükləri barəsində danışaq. Əgər sizin bankda kreditiniz varsa, borcu tez bağlayaraq faizlərdə uda bilərsiniz. Və borcunuz nə qədər çoxdursa siz bir o qədər çox qabağa düşürsünüz. Lakin banklar da sizi aldada bilər. Bir çox banklar ilk aylarda əsasən verilən borcun faiz qismini bağladığından yekunda qazanacağınız məbləğ kiçik ola bilər. Bu səbəbdən hər hansı bir kredit razılaşmasına imza atmazdan əvvəl onu sonadək oxuyun.


Pulun olmaması

Burda ekspertlər bir çox şeyi məsləhət bilirlər. Bir qismi yığmağı, bir qismi isə “kredit tarixçəsinin” qaralanmaması üçün kreditlərin ödənilməsini məsləhət bilirlər. Bir neçə kreditiniz var? Bu zaman ən böyüyündən başlamaq məsləhətdir.

Bir çox maliyyəçilər məsləhət bilirlər ki, borclarınızı tez bir zamanda bağlayasınız və məhz bundan sonra öz istəklərinizi reallaşdırasınız.

 

ŞƏRH YAZIN