Bunlar Kişiləri Xoşbəxt Edir

0
1903
Bunlar Kişiləri Xoşbəxt Edir

Bəzən onları xoşbəxt etmək elə də asan olmur. Amma çox sadə üsullarla onları xoşbəxt edəcəyinizdən xəbəriniz yoxdur. 

Necə? Onu xoşbəxt edərək sizi sevdiyini göstərən davranışlar nümayiş etdirib sevginizi hiss etdirin. Onu xoşbəxt edə bilmək incə detallarda gizlidir. Bu detalları təqdim edirik :

1. Makiyaj edərkən sizi izləməsi
Qadınların makiyaj etməsi kişiləri bəzən bezdirə bilər, amma makiyaj edən qadını izləmək kişiləri ovsunlayır. Xanımların dəsmal ilə oturub güzgünün qarşısında makiyaj etmələrinin kişilərə xoş gələn tərəfləri də var. Səhərlər makiyaj etməyə başlamazdan əvvəl qapınızı açıq qoyub sizi izləməsini təmin edin.

2. Kişiyə cəlbedici olduğunu demək
Xanımlar gözəl söz eşidəndə əridiyi kimi kişilərə də yaraşıqlı göründüyünü eşitmək xoş gəlir. Yəni, kompliment eşitmək istəyi kişilər üçün də keçərlidir. Kişilər də yaxşı göründüklərini eşitməkdən məmnun olurlar. Xoş sözlər kişinin qəlbini oğurlamaq üçün ən yaxşı üsuldur.

3. Onun səssizliyini birlikdə yaşayın
Bəzən kişilər səssizliyə qərq olurlar. Belə hallarda kişilər sırf kədərli olduqları üçün susqunlaşmırlar. Kişilər xoşbəxt olduqları zamanlarda da susurlar. Siz də bu sükuta qatılın. Unutmayın sükutunuz aranızdakı güvən duyğusunu əks etdirir.

4.Tövsiyyələrini dinləyin
Hər hansı bir məsələdə məsləhət almaq istədikdə onunla məsləhətləşin. Kişilər hər zaman yaxşı təsəlli verirlər və hər şeyin bir həlli olduğuna inanırlar. Yəni xanımlar dilemma qarşısında qalanda kişilər onlar üçün yaxşı məsləhətçi rolunu oynaya bilirlər. Sizin bu təklifləri nəzərə almağınız onun üçün çox əhəmiyyətlidir. Ona qarşı olan etibarınızı sübut etmiş olarsınız.

ŞƏRH YAZIN