Çətinliklərdən Çıxmaq Üçün Tövsiyələr.

0
2371
Çətinliklərdən Çıxmaq Üçün Tövsiyələr.

Dünya xoşluq yeri deyildir, əksinə, xoşagəlməz şeylər burada daha çox olur. Bu dünyada xoşluqlar vardır, ancaq o qədər çətinliklərə qarışıb ki, insan bu xoşluqları hiss edə bilmir. (Tebyan)

İnsan üzən zaman hər dəfə əl-qol atandan sonra başını qaldırıb nəfəs almalıdır. Yəni, bir qədər çətinlikdən sonra asanlıq hiss edər. Lakin sonra yenə də çətinliyə düşər.
 
Quran da bunu buyurur: "Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlıqla, ləzzətləri acılıqlarla müşayiət olunur)". ("Bələd" 4). Əlbəttə,Allah təkcə möminə demir, bəlkə bütün insanlara buyurur.
 
Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: "Mümkündürmü ki, mömin pis xəstəliyə düçar olsun?". Buyurdu: "Bəli". Dedi: "Cüzam necə?". Buyurdu: "Bəli, bəlanın əsli mömin üçündür".
 
Biz gərək bunu qəbul edək ki, biz çətinliklər üçün gəlmişik. Əsl mövzu bu çətinliklərlə necə qarşılaşmaqdadır.
 
Dinimiz buyurur ki, Allahın dediklərinə əməl etsən,həyatın əvvəlkindən də daha asan və rahat olar.
 
- Səninlə əlaqəsini kəsdiyin qohumlarınla ünsiyyət qur və onlarla bir yerdə olmağa səbr göstər. Bu yolla ruzin artar.
 
- Əziyyət edilən ata və anaya hörmət et və onların üzünə gül ki, Allah da sənə fəxr edə biləcəyin övladlar əta etsin. Ömrünü uzatsın.
 
- Haram baxışlardan çəkin, çünki ardınca fəsad gətirər.
 
- Həyat yoldaşının pis xasiyyətinə səbr et, sevgi göstər.
 
- Gün çıxan zaman yatma ki, axşama qədər halın pis olar.
 
- Yeməyi axşamın əvvəlində ye ki, şamla yuxu arasında fasilə olsun.
 
Bəli, bütün bunlara diqqət edən zaman görürük ki, dinimiz bizim hər bir şeyimizlə maraqlanır, yeməyimizdən tutmuş yatmağımıza qədər bizə doğru yolu göstərməyə çalışır. Ona görə də hər kim bu çətinlik dünyasında rahat həyat istəyirsə, gərək dinin buyurduqlarına əməl etsin.
 
Dinimiz bizə buyurur ki, namaza dayanan zaman dünyanı unut, Allah qapısına gəl və de ki, mən indi ata deyiləm,həyat yoldaşı deyiləm. Mən indi Sənin bəndənəm. Bu cür düşünən insanın ruhu paklanar və fərəhlənər. Əgər bir müddət bu cür namaz qıla bilsən, başqa bir insan olarsan.
 
Dinimizin buyurduqlarını yerinə yetirmək heç də çətin deyildir. İnsanın cismi də, ruhu da onunla şad olur.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN