Daha Yaxşı Həyat Istəyirsənsə ...

0
3992
Daha Yaxşı Həyat Istəyirsənsə ...

- İnsanlar arasındakı münasibətləriniz kimi şəxsi həyatınızda da mülayim olun. Hər insanın özünəməxsus xüsusiyyətləri və qəribəliyi vardır. İçində olduğumuz hal və vəziyyətin də bu mənada əhəmiyyəti böyükdür.

- Uğur qazanan insan nə olursa-olsun uyğunlaşmağı bacarmalı, ürəyi düz olmalı, özünü həmişə rahat hiss etməlidir.

- Yalandan söz verməyin. Sizə olan inamın artmasına çalışın.

- Söhbət etdiyiniz adamların adlarını tez-tez təkrarlayın. Bir insanı tərifləmək və ona qiymət vermək onun ən yaxşı tərəflərini ortaya çıxarmaqdır.

- Hər hansı bir mübahisəyə hərə öz fikri ilə qoşulur. Başqalarının fərqli olmaları ilə razılaşın. Sizdən daha pis olduqlarını düşünmək doğru deyil. Bayağı tənqidlərdən çəkinin.

- Başqalarına yardım etmək istədiyiniz zaman özünüzü unudun.

- Heç kəsə öz problemlərinizi bildirməyin. Bunu da yaxşı bilin ki, onların da öz problemi var.

- Günlərinizin fəal keçməsinə çalışın. Yeni insanlarla tanış olun. Ünsiyyət dairənizi genişləndirin. İnsanlar pozitiv olmağa meyillidirlər və irəliləmək istəyirlər.

- Danışıq tərziniz pafoslu, canlı olsun. Bir yerdə dayanmaq mümkün deyil, əgər irəliləyiş yoxdursa, deməli, geriləmə başlayacaqdır.

- Özünüz üçün istədiyiniz hər bir şey başqalarını da maraqlandırmalıdır. Yaxşı bir münasibət sizə hörmət, sevgi, simpatiya qazandıracaqdır.

- Əşyalar sizə heç bir şey qazandırmaz. Unutmayın ki, insan heç bir şeyin sahibi deyil, aldığı hər şeyin müvəqqəti gözətçisidir.

- Əgər bir təbəssüm istəyirsinizsə, gülümsəməyi öyrənin. Təbəssüm həm qəlbə xoş gəlir, həm də ruhu sakitləşdirir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN