Günə Mükəmməl Başlanğıc Üçün ...

0
2536
Günə Mükəmməl Başlanğıc Üçün ...

Günün yaxşı və ya pis olacağı sizin günə necə başlamanızdan asılıdır. Səhərinizi və ümumiyyətlə bütün gününüzü mükəmməl edəcək 7 vərdiş:

1.Tutumlu səhər yeməyi

Bu ən mühüm olan şərtlərdəndir. Yulaf sıyığı, yumurta və ya buterbrod gün boyu gümrah olmaq üçün sizə kömək edə bilər.

2.İltifat edin

Yaxınlarınıza xoş sözlər söyləyin, bu yalnız onların yox, həmçinin sizin də əhvalınızı qaldıracaq. Xarici görünüşlə bağlı iltifatlar etmək mühüm deyil. Şəxsi bacarıq və keyfiyyətlərlə bağlı iltifatlar etmək daha yaxşı olar.

3.Səhər yeməyi ərzində müsbət məlumatlardan faydalanın

Neqativ məlumatlarla dolu xəbərləri izləmək və ya qazetləri oxumaq əvəzinə yumoristik proqram izləyin, ya da masa arxasında ailə üzvlərinizlə pozitiv mövzular haqqında söhbət edin.

4.İşə günün ən mühüm məsələsi ilə başlayın

Səhər ən mühüm məsələləri həll etməyə başlasanız, digər məsələləri həll etmək sizə daha asan gələcək.

5.Tələsən təndirə düşər

Hər hansısa bir işi yavaş, ehmalca gördükdə, fikrinizi toparlamaq daha rahat olur və günün sonunda sürətli görəcəyiniz işlə müqayisədə daha keyfiyyətli nəticəyə sahiblənəcəksiniz. Bunun səbəbi isə ondadır ki, daha az stress sizin baxış tərzinizi daha gümrah, enerjinizi isə öz axarında saxlayır.

6.Məşq edin

Gündəlik olaraq məşq edin. Məhz bunun sayəsində enerji və hormonların səviyyəsini artırmaq mümkündür. Daxili şübhələriniz və gərginliyiniz azalacaq və düşüncələriniz daha optimistik olacaqdır.

7.Düzgün addımlar atın

Yalnız bu sizin özünüzə qarşı olan qiymətləndirməni artıracaq. Kiməsə tanımadığı ünvanı tapmaqda kömək edin; yaşlı qadına yolu keçməkdə yardım əli uzadın və s. Pozitivliyinizi kiçik addımlarla qurmağa başlayın, zamanla isə yaxşı əməllərinizin dairəsini genişləndirin və məhz beləcə sizin həyatınız daima dolğun və xoşbəxt olacaq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN