Günün Hansı Saatı Daha Xoşbəxtik?

0
1865
Günün Hansı Saatı Daha Xoşbəxtik?

İnsanlar günün hansı saatında daha xoşbəxt olur? Türkiyəli professor Mustafa Kemal Başaralı apardığı maraqlı bir araşdırma ilə maraqlı bir nəticə üzə çıxardı. Belə ki, saat 15:00-16:00 arasında xoşbəxtlik hormonu olan endorfin ən yüksək həddə çatır. Bu, idmanla məşğul olmaq üçün də ən yaxşı saatdır. Çünki bu saatda təzyiq və qan dövranı yaxşı işləyir.

"05:00 günə hazırlaşmaq saatıdır. Bədəndə kortizon səviyyəsi getdikcə artmağa başlayır. 06:00-07:00 saatlarındakı səhər yeməyindən sonra bədən oyanmağa başlayır. Orqanizm 60 faiz işə hazırdır. Həzm sistemi səhər saatlarında çox yaxşı çalışır. 08:00-09:00-da nəbz və təzyiq artmağa başlayır".

Saat 10:00-11:00 arasında insanın dinamikliyi, fəallığı artır. Artıq bir saat sonra 12:00-da orqanizm istirahətə ehtiyac duyur. Nahar vaxtı – saat 13:00-da insanın iş qabiliyyəti 20 faiz azalır. Saat 17:00-dan sonra adrenalin ən yüksək həddə çatır. Axşam yeməyi üçün ideal vaxt 18:00-dur. Bu saatda mədəaltı vəz, qaraciyər yaxşı işləyir.

Saat 19:00-dan sonra isə orqanizm tənbəlləşməyə başlayır. Saat 20:00-dan sonra orqanizm qəbul etdiyi yağları toplamağa başlayır. Artıq 21:00-dan sonra istirahət zamanıdır. Bu saatdan sonra yemək yemək məsləhət deyil. Çünki qəbul edilən qidalar həzm edilmir və səhərə kimi mədədə qalır.

Saat 23:00-dan sonra yuxu saatıdır. Professorun sözlərinə görə, gecə saatlarında işləyənlər daha çox xəta edirlər, diqqət son dərəcə azalır. Gecə saatlarında stress hormonu sürətlə artmağa başlayır.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN