Hər Kəsi Xoşbəxt Edən Xırda Detallar!

0
2635
Hər Kəsi Xoşbəxt Edən Xırda Detallar!

Çox xırda şeylər belə insanı xoşbəxt etməyi bacarır. Xoşbəxt olmaq üçün mütləq böyük şeylərə ehtiyac yoxdur. Hər kəsi gülümsədən o özəl anlar və detalları təqdim edirik:
1. İşdən hava işıqlı ikən çıxmaq.
2. Cibdə pul tapmaq.
3. Mahnı ifa etmək.
4. Saçlarınız gözəl göründüyü bir gün.
5. Səhərlər zəngli saat çalmadan bir dəqiqə əvvəl oyanmaq.
6. Yazılan mesaja tez cavab almaq.
7. Soyuq qış aylarından sonra ilk dəfə eşidilən quş səsləri.
8. Geyinmək istədiyiniz geyimlərin yeni yuyulduğunu və geyinilməyə tam hazır olduğunu bilmək.
9. Heç kim yox ikən rəqs etmək.
10. Səhərlər erkən oyanıb işə, ya məktəbə getməyə hələ bir neçə saatınızın olduğunu bilmək.
11. Naringi qabığını bir dəfəyə soymaq.
12. Poçt qutusunda qəbz yerinə məktub tapmaq.
13. Metro stansiyasına enər-enməz qatarın gəlməsi.
14. Televizoru açar-açmaz ən sevdiyiniz filmin başladığını görmək.
15. Hava gözəlkən bayırda olmaq.
16. Uzun və rahatladıcı bir duş.
17. Ən sevdiyiniz musiqini ard-arda dinləmək.
18. Düyməyə basar basmaz gələn lift.
19. Şəhərdən uzaq bir yerdə telefon şəbəkəsinin olması.
20. Sevdiyiniz bir sviter.
21. Ən sevdiyiniz içkidən ilk qurtum içmək.
22. Paltaryuyan maşından yeni çıxan paltarların gözəl qoxusu.
23. Stəkana yaxşı şəkildə tökülmüş soyuq pivə.
24. Təmiz yataq dəstləri ilə yatmaq.
25. Yağışdan sonra torpaq qoxusu.
26. Telefonun 100 % enerji göstərməsi.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN