Həyat gözəldir!!!

0
6028
Həyat gözəldir!!!

 Hər kəs xoşbxətliyi fərqli yerlərdə axtarır. Kimisi şəxsi həyatında, kimisi işində, kimisi ailəsində, kimisi dostlarında ... Amma halbuki hər gün bizim bu xoşbəxtliyi yaxalamaq şansımız var, sadəcə bunu bilmirik.


Məsələn, səhər yuxudan durub da günəşi görmək, buludların necə gözəl düzüldüyünü seyr etmək, təkcə bunlar belə xoşbəxt olmağa yetərlidir...

Gördüyümüz hər varlıq, hər canlı, ətraf, təbiət gözəldir... Çünki, yaşamaq gözəllikdir! Sən də çalış ki, bu həzzi yaşayasan.

Bəzən insan "Mən yalnızam, heç kimim yoxdu" deyər... Amma halbuki elə deyil. 

Sən yalnız deyilsən, ailən var, ailən yoxsa dostların var, dostların yoxsa sevdiyin var, əgər o da yoxsa Allah var! Allah heç vaxt bəndəsini tək qoymaz. Yaşa və həyatın dadını çıxart!

Biri könlünü qırdı deyə küsdün hər kəsə. Dəyməz... Səni incidəni düşünməyə belə dəyməz.

Üzülmə, kədərlənmə və gülümsə... Sən gülümsəməyi bacardıqca həyat da sənin üzünə güləcək!

Qısacası, kim nə deyir desin, nə olur olsun HƏYAT GÖZƏLDİR!!!

ŞƏRH YAZIN