Həyat Yaşamağa Dəyər!

0
4701
Həyat Yaşamağa Dəyər!

İnsan həyata bir dəfə gəlir və sonra həmişəlik çıxıb gedir. Heç bir gün nədir?! Heç bir saniyəni belə geri qaytarmaq mümkün deyil. Ona görə bizə verilən bu şansı layiqincə dəyərləndirməliyik. Daha çox xoşbəxt olmalı, mənasız şeylərə görə üzülməməliyik.

Məsələn, biri qonaqlığa sizinlə eyni şeyi geyərək gəlibsə...

Bu vəziyyət cansıxıcı ola bilər, amma bunun əhvalınızı pozmasına icazə verməməlisiniz. Çünki siz bu paltarı sizə yaraşdığı üçün seçmisiniz.

Biri mesajınıza dərhal cavab verməzsə...

Bu, uğruna kədərlənməyə dəyməyəcək şeylərdən biridir. İnsanların işləri var və bəzən bu işlər onların başqa şeyləri etməsinə maneə törədə bilir. Bunu özünüzə dərd etməyin.

Kompüter oyununda məğlub olmusunuzsa...

Oyunlarda məğlub olmaq həqiqətən də uğruna kədərlənməməniz lazım olan bir şeydir. Bunların yalnız oyun olduğunu unutmayın. İtirsəniz belə təkrar oynaya bilər və səhvlərinizi düzəldə bilərsiniz.

Ən sevdiyiniz silsilə serialın yayımı dayandırılıbsa...

İzlədiyiniz silsilə serialın yayımı dayandırılıdı deyə kədərlənmək nə qədər də axmaqlıqdır! Televiziya üçün ayırdığınız vaxtı daha gərəkli bir işə sərf edin... 

Bir görüşdən sonra sizi axtarmırlarsa...

Əgər biri sizi görüşdən sonra bir daha axtarmadısa, bu onun itkisidir. Özünüzə güvənməyə davam edin və daha əhəmiyyətli şeylərə köklənin.

Başqalarının gözü qarşısında yıxılmısınızsa...

Belə bir şey sizi narahat etməməlidir. Hər kəs yerə yıxıla bilər və ya da bir yerə ilişə bilər. Belə bir hadisə yaşadığınızda gülün, keçin.

Köhnə sevgilinizlə bir qonaqlıqda qarşılaşmısınızsa...

Belə bir şeyin sizi məyus etməsinə icazə verməməlisiniz. Özünüzə güvənin, güclü və müstəqil biri olduğunuzu əylənməyə davam edərək ona nümayiş etdirin.

Həyat kədərlənməyə vaxt xərcləməyəcək qədər gözəldir! Bunun dəyərini bilin!

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN