Həyatınızı Dəyişəcək Düşüncələr!

0
5578
Həyatınızı Dəyişəcək Düşüncələr!

1. Həyatı boyunca səhv etməyən insan, yaşadığı müddətcə heç bir yenilik etməyən insandır. Əksəriyyət insanlar daxili qorxusunun öhdəsindən gələ bilmədikləri üçün yenilik etməyə də qorxurlar. Lakin bundan çəkinmək lazim deyil. Təslimə dözən insan, qalibliyə daha yaxın olmağın mümkünlüyünü öyrənir və uğuru daha tez hiss edə bilir.
2. Təhsil- bu, sənə məktəbdə öyrədilən hər şeyi unutduqdan sonra səndə qalan bazadır, bilikdir. Çünki artıq 30 ildən sonra məktəbdə sizə nə öyrədilib və siz nə öyrənmisiz bunu tamamilə unutmuş olacaqsınız, yalnız özüvüz "nə öyrənə bilmisiz" - bunu xatırlamış olacaqsınız. 
3. Mən öz xəyallarımda o qədər sərbəstəm ki, sanki rəssam kimi bunları çəkə bilərəm. Xəyal bilikdən daha vacibdir. Bilik sərhədilidir, xəyal isə bütün dünyanı əhatə edir. İnsan qədim zamanlardan insanlığın nə qədər irəlilədiyini və dəyişdiyini gördükcə xəyal dünyası inanılmaz həcmdə daha da genişlənmiş olur. Biz indiki xəyallarımızı və fantaziyamızı əvvəlki nəsillərə borculuyuq. Gələcəkdə nə olacaq isə: bax bu artıq bizim öz xəyalımız üzərində qurulmuş olacaq.
4. Yaradıcılığın sirri: bizim zövq aldığımız mənbələri gizlətməkdə durur. Sizin yaradıcılığınızın unikallığı bilik mənbəyinizin necə istifadə edəcəyinizdən asılıdır. Ola bilər ki, sizə başqa müdrik insanların fikirləri belə zövq verə bilsin, lakin əgər sizə bütün dünya (kütlə) baxırsa, sizin ideyalarınız mütləq unikal görünməlidir.
5. İnsanın dəyəri onun sərf etdiyi əməklə müəyyən olunmalıdır, nəinki "O daha yaxşısını edə bilər" frazası ilə. "Çalışın uğurlu insan deyil, dəyərli insan ola biləsiniz". Əgər dünyaca məşhur insanları izləsək, onların hər birinin bu dünyaya nəsə verdiklərini görə bilərik. Nəsə vermək lazımdır ki, nə vaxtsa almaq imkanı əldə edə biləsən. Sizin zövq aldığınız nəsə bir şey sizin məqsədinizə çevrilə bilərsə, siz həyatın daha bir təbəqəsini fəth etmiş olursunuz.
6. Bu Həyatda yaşamağın iki yolu vardır: siz elə yaşaya bilərsiniz ki, guya möcüzələr mövcüd deyil. Ya da elə yaşamalısınız ki, sanki bu dünyada hər şey möcüzədir. Əgər bu dünyada möcüzənin olmadığını qəbul edərək yaşayırıqsa, bu zaman mane olmadan hər şeyi edə bilərik. Lakin əgər hər şeyin möcüzə olduğuna inanaraq yaşasaq, hətta bu dünyadakı ən xırda gözəlliklərdən belə zövq ala bilərik. Əgər hər iki yolla, üsulla yaşaya bilən insan varsa, "O dünyanın ən xoşbəxt insanı hesab oluna bilər".
7. Mən özüm-özümü öyrənə bildiyim zaman nəticə olaraq anlayıram ki, fantaziya və təsəvvür istəilən abstarkt düşünməkdən, abstrakt fikirlərdən daha önəmlidir. Həyatımız boyu əldə etdiyimiz arzular və arzu etdiklərimiz pozitiv həyatın ən vacib elementidir. İcazə verin ki, xəyalınız öz dünyasını qura bilsin, elə dünya ki, orda yaşamaq istəyinizi bildirə biləsiniz. 
8. Qoçların başçısı olmaq üçün ilk öncə Qoç olmaq gərəkdir. Əgər siz işi yaxşı idarə edə biləcəyinizdən əminsinizsə, biznes ilə həmin an məşğul olmağınız gərəklidir. Başlamaq istəyi, lakin olacaqlardan çəkinmək, qorxu sizə yaxşı nəticə verməyəcək. Bu həyatın ədalətli qanunudur. Qalib olmaq üçün ilk öncə oynamaq lazımdır.
9. İlk öncə oyunun qaydaları ilə tanış olmaq, daha sonra oynamaq, daha sonra isə hamıdan yaxşı oynamaq vacibdir. Həyatın qaydalarını yaxşı öyrənin və hamıdan yaxşı yaşamağı bacarın. 
10. Ən vacibi odur ki, bacardığın qədər çox sual ver. Maraq insana təsadüfən verilməmişdir. Talantlı insanlar həmişə daha çox sual verirlər. Həll yolunu tapmaq üçün özünüzdən və ətrafınızdakılardan soruşun. Bu sizə yeni bilik vermiş olacaq və sizdə olan biliyi isə daha yaxşı analiz etmək imkanınız olacaq.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN