Kişilərin xoşbəxtliyi ...

0
1701
Kişilərin xoşbəxtliyi ...

 Hər kəs düşünür ki, kişilər xoşbəxtliyi sürətli avtomobil, macəra dolu həyat və subaylığda görür. Amma əslində kişiləri stabillik, uzun müddətli münasibətlərin xoşbəxt etdiyi məlum olub. “Jacamo” adlı kişi geyimi markası tərəfindən aparılan sorğu nəticəsində kişilərin ən xoşbəxt olduğu yaşın 37 olduğu müəyyən edilib.


Məhz 37 yaşda kişilərin bir çoxu artıq karyera və ailə həyatı qurmuş, uşaq sahibi olmuş olur.
“Jacamo” tərəfindən kişilər arasında aparılan sorğuya əsasən, kişilərin 43%-i ata olduqları günün həyatlarının ən xoşbəxt günü olduğunu bildirib. 

35%-ə evləndikləri günü, 18% isə sevimli futbol komandalarının çempion olduğu günü ömürlərinin ən xoşbəxt vaxtı hesab edir.

Sorğunun nəticələrinə görə, kişilərin həyatlarındakı digər xoşbəxt anlar ev və avtomobil aldığı, sevgilisinə evlənmə təklifi etdiyi və univesitetdən məzun olduğu günlərdir.

ŞƏRH YAZIN