Köhnə Əşyalardan Xilas Olun!

0
2763
Köhnə Əşyalardan Xilas Olun!

Belə bir deyim var:"Təzənin gəlişi üçün köhnədən azad olmaq lazımdır,yoxsa Tanrı təzə bir şeyi sizə yollamaq üçün boş yer görmür"
Çində də belə bir deyim var “Köhnə getməz,təzə gəlməz”.

Belə bir fikir var:Biz köhnə paltarlarmızı geyinərkən,uzun zamandı istifadə etmədiyimiz ətirdən istifadə edərkən və yaxud da köhnə bir musiqini dinlərkən – bunlar tamamilə bizi keçmişə qaytarır. Bu emosiyaları “Lövbər” adlandırırlar.Köhnə əşyalarla (paltarlarla,ətirlərlə və buna bənzər əşyalarla) hansısa xatirələr bağlıdı və onlar lövbərlə əlaqə zamanı avtomatik olaraq xəyalda canlanır.Məsələ ondadır ki,təkcə emosiyalar yaranmır- bizdə eyni zamanda köhnə fikirlər də yaranır.Bu çox təhlükəlidir.Bildiyimiz kimi,məhz fikirlər bizim həyatımızı formalaşdırır.Biz də həyatımızı köhnə fikirlərlə formalaşdırıb,istədiyimiz nəticəni əldə edə bilmərik.
Köhnə əşyalardan "birdən yenisini almaq üçün mənim pulum olmadı və birdən məndə heç vaxt beləsi olmadı"fikirləri ilə asılı qalmaqla özünüzdə yoxsuluq fikirlərini formalaşdıracaq və cavab olaraq yoxsulluq əldə edəcəksiniz.Əgər biz sakitcə köhnə, lazımsız əşyaları “Sonra alaram, ya da Tanrı mənə daha yaxşızını bəxş edəcək” fikirləri ilə atsaq,biz özümüzdə zənginlik mentallığını formalaşdırıb,zənginlik qazanacağıq.
Bizim hər birimizin evində atılası,köhnə,lazımsız əşyalar çoxdur.Biz hətta onları ehtiyacı olanlara da verə bilərik (ilk öncə onları yuyub,təmizləmək lazımdır ki sizin enerjiniz bu əşyaların üstündə qalmasın).Köhnə fikirlərdən, əşyalardan, xatirələrdən azad olun.Çünki dünən, dünəndə qaldı. Cəhd edin!

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN