Məşhurlar Xoşbəxtliklə Bağlı Nə Deyir?

0
1974
Məşhurlar Xoşbəxtliklə Bağlı Nə Deyir?

1. İrəliləmək və inkişaf üçün bir şeylər öyrənin. Öyrənin və tətbiq edin. Bunları hər zaman təkrarlayın. (Stephen Covey)
2. Hər zaman özünüz və başqaları üçün ən yaxşı nəticəni xəyal edin. Kainata nə versəniz, onu alarsınız. (Leon Nacson)
3. Mənfi emosiyalarınızı və şübhələrinizi dağıdın! Heç bir şey, xəyallarınızı reallaşdırmağınıza mane olmasın. (Keith Harrell)
4. Sırf əyləncə olsun deyə bir şey edin. Əyləncə, həyatın ən başlıca qanunlarındandır. (Cherly Richardson)
5. Özünüzə hörmət edin. Siz nəyin doğru, nəyin səhv olduğuna qərar verə biləcək ən yaxşı hakimsiniz. (Cherly Richardson)
6. Risk alın. Əslində dağları yerindən oynadacaq gücə sahib olduğunuzu unutmayın. (Cheryl Richardson)
7. Milton, hər kəsin cənnəti və cəhənnəmi içində daşıdığını söyləyir. Siz, peşmanlıq və günahkarlıq duyğularınızdan təmizlənərək cənnətinizi seçin. Beləcə acılarınızı sevgiylə dindirib yaralarınızı sarıyacaqsınız. (Sylvia Browne)
8. Ağlınızdakı bütün mənfi düşüncələrə sərt bir səslə "Rədd ol!" deyin. Zehininizin tək idarəçisi sizsiniz və öz yaxşılığının üçün çalışın. (Louise L. Hay)
9. Canınız sıxıldığında mütləq bir şeylər edin. Çölə çıxın, rəqs edin, dua edin, gəzin. Can sıxıntısı depressiyaya qapı açar. (Sylvia Browne)
10. Başqalarının sizi necə gördüyünə diqqət yetirməkdən imtina edin. Həqiqətən, xoşbəxt olmaq istəyirsinizsə, başqalarını məmnun etməyə çalışmayın. (Tavis Smley)

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN