Pozitiv olmağımıza kömək edəcək 10 məsləhət

0
6091
Pozitiv olmağımıza kömək edəcək  10 məsləhət

1.Dünən üçün edilə biləcək bir şey olmasa da, sabahı qazanmaq və ya itirmək ixtiyarınızdadır. Keçmişinizdən nəticələr çıxardaraq, gələcəyinizə sərmayə qoyun.

2.Hər doğan gün, yeni seçim şansı verər. Yetər ki, siz görməsini və qiymətləndirməsini bilin. İki günü bir olan zərərdədir. Doğan hər yeni gündə, özünüzü bir addım daha irəli aparın.
 
3.Mənfi bir zehinlə, müsbət bir həyat davam etdirə bilmərsiniz. Əvvəlcə fikir sisteminizi yeniləyin. Həyatınıza yeni pəncərələr açın və həyata pozitiv pəncərələrdən baxmağı öyrənin.
 
4.Çətin yollar, tez-tez gözəl nəticələr doğurur. Bu üzdən asan yol ilə əldə edilən hər bir şeydən uzaq durun. Asan olan, asan itirilir. Siz çətin olanı seçin.
 
5.Gün işığını tapa bilməsəniz, siz gün işığı olun. İnsanlara ümid paylayın. Qaranlıq gecələrdə, qütb ulduzunu görməsəniz, qütb ulduzu olmağı sınayın.
 
6.Həyat çətindir. Daha çətini də, bu qısa dünya həyatında sonsuz bir həyatı qazanmaqdır. Qəlbim təmiz deməklə hər şey həll olur deyə bir şey yoxdu. Qəlbinizin təmizliyini, Yaradana və yaratdığı canlı/cansız bütün varlıqlara göstərin.
 
7.Üzünü günəşə qayıtsan, kölgəni görməzsən. Xəyalınızla vaxt keçirməyi buraxın və kainatın tək günəşinə üz tutun.
 
8.Ən əhəmiyyətli şey, yaşadığınız həyatdan zövq almaq və xoşbəxt olmaqdır. Amma unutmayın ki, bunun yolu, canınızın hər istədiyini etməyinizdən keçmir. Sonsuz azadlıq, sonsuz iztirab deməkdir.
 
9.Həyatın %10-ı bizə nə olmasıdır. %90-ı isə, bu hadisələr üzərində apardığımız dəyərləndirmələrdir. Baş verənləri müzakirə edib, danışarkən həyatı hədəf almayın.
 
10.Sadəcə gülümsəyin. Tanıdığınız, tanımadığınız bütün insanlardan təbəssümünüzü əsirgəməyin.
 

ŞƏRH YAZIN