Pul xoşbəxtliyin tək vasitəsi deyil

0
2616
Pul xoşbəxtliyin tək vasitəsi deyil

Xoşbəxt insan olmaq üçün pul lazım olsa da, yeganə vasitə deyildir. Bu yazıda sizlərə bir neçə xoşbəxt olmaq üsulundan söz açmaq istəyirik.

Həyatdan həzz al… Həyatdan həzz almağı öyrənmədinsə heç bir xoşbəxtlikdən söz gedə bilməz. Bütün hallarda özünə xeyirli olan hər bir şeyə sahib olmağa çalış. Su iç və düzgün qidalan ki, yaxşı hal əhvalı stimullaşdıran endorfin orqanizmində bol olsun.

Özüvü aldatma… Sabah düzələr, bir ay sonra düzələr, keçər. Bunlar hamısı özünü aldatmaq deməkdir. Əgər bugün pisdirsə sabah daha da pis olacaq. Ona görə başqalarını aldatsan da özüvü aldatma.

Həvəs… Gördüyün işə özüvü tamamilə həsr elə. Nə olur olsun, əgər həvəsin varsa mütləq üstünə düş. Əsas gördüyün işdən həzz alasan və məhz belə sən xoşbəxt ola biləcəksən. Burda yeganə istisna qadınlardır. Onlardan baş açmaq mümkün deyil, onlar bütün qanunlara ziddirlər.

Yardım… Alimlər sübut ediblər ki, xeyirxah işlər insanın ruhunu ucaldır. Kiməsə kömək olmaq, bu dünyada nəyəsə yaramaq insanı sevindirməməyə bilməz.

Hər şeyi içində… Hər şeyi içində saxlasan az keçməz dəli olarsan. Lakin hirsli olmaqda bir şey deyil. Stress çıxardan üsullardan istifadə edin.

Özünü sev… Özün sevməsən səni heç kəs sevməyəcək. Bu eqoizmin tam düzgün mənasıdır. Cəmiyyətdə yerivi bil və özüvə qiymət ver. Ambisiyalara qapılma, yekunda hər şey bezdirə bilər.

Dəyişikliklər… Dəyişikliklərdən qaçma. Məhz belə sən yaxşı işə və sənə layiq olan həyat yoldaşına sahib ola biləcəksən. Risk etməkdən qorxma. Hər gün irəli atılmış bir addım olmalıdır.

 

ŞƏRH YAZIN