Rəfiqənlə yaxşı vaxt keçirmək istəyirsənsə ...

0
1785
Rəfiqənlə yaxşı vaxt keçirmək istəyirsənsə ...

 Alış-Veriş edin.


Hə, bu bütün xanımların ən sevdiyi məşğuliyyətdir. Cəsarətlə deyə bilərik ki, heç bir ağlı başında olan xanım belə vaxt keçirməkdən imtina etməz.

Karaoke oxuyun.

Son zamanlar bu əyləncə növü olduqca populyardır. Rəfiqələrinlə karaoke klublarından birinə gedib səsinizin gücünü sınayın. Vaxtınızın daha əyləncəli keçməsi üçünsə yaddan çıxmış, köhnə mahnılardan birini oxumağa çalışın.

Boulinq oynayın.

Bu yaxınlarda ekranlarda Johny Deppın iştirakıyla gedən "Rom gündəliyi”  filminin qəhrəmanını boulinq həvəskarlarıyla bağlı reportaj hazırlamağa göndərirlər. Boulinq sevərlər bizdə də az deyil. Əgər o nların arasındasansa, dostlarını da başına yığıb, boulinq məkanına yollan.

Rəsm dərnəyinə birgə gedin.

Yaxşı rəsm çəkməyi uşaqlıqdan anlayırsan? Valideynlərindən səni vaxtında rəsm dərnəyinə yazdırmadığına görə gileylənirsən? Yadında saxla: yeni başlanğıclar üçün heç vaxt gec deyil!

Yorunluncaya qədər rəqs edin .

Əyləncənin vaz keçilməz növü rəqsdir. Rəfiqələrinlə hansı rəqs növünü seçəcəyinizi qərarlaşdırın. Rəqs həm əhvalı qaldırır, həm də bədənini formaya salır. Müxtəlif rəqs kursları fəaliyyətdədir. Milli rəqs, samba, rokn-roll, hip-hop istədiyini seç.

Birgə Yemək Bişirin ...
 
Uşaq vaxtlarında mətbəx ən sevmədiyin yerlərdən biriydi. İndi  ürəyin daha rəngarəng menu hazırlamaq istəyirsə, professional aşpazlardan bunu öyrənə bilərsən. Sənə ancaq aşpazlıq
kurslarına yazılmaq qalacaq, qalanı isə peşəkarların öhdəsinə düşür.

Təbiət Qoynunda vaxt keçirin.

Təbiətə çıxmağa can atırsan, vaxtın və imkanın isə yoxdur. Şəhərimizdən bir qədər aralı yerləşən məşhur Mərdəkan Dendrarisinə gedə bilərsiniz. Havanın nisbətən xoş keçən günlərindən birini seçin və təbiət qoynuna yollanın.

Yüksək Hisslər yaşayın.

İncəsənətə dəyər verən qızlardansansa, müasir sənət əsərlərinə də dəyər verməyi bacaracaqsan.
Onlarla tanış olmaq üçünsə, Müasir İncəsənət Muzeyinə gedin. Həm sənət nümunələri, həm də muzeyin şıq ab-havası ürəyinizcə olacaq.

Ev Bizim, Sirr Bizim deyin əylənin .

Hə, ola bilsin, bazar gününü evdə keçirmək qərarına gəlmisən. Rəfiqələrini başına yığıb, evdə əsl əyləncə yaratmağa hazırsan? Moda həftələriylə aran yaxşıdır? Onda evində də dəb küləyi hiss
edə bilərsən. Bunun üçün qızlardan gələrkən özlərilə ən sevdikləri aksessuar və paltarları gətirmələrini xahiş et. Öz qarderobundakı əşyalardan da ən yaxşılarını seçib, bir-birinizin paltarlarını geyinməyə başlayın. Makiyajı da unutmayın ha!

Öz məharətinizi göstərməyə çalışın.

Özünüzü Əzizləyin biraz.

Həftəboyu iş qrafikinin ağırlığından özünü çox yorğun hiss edirsən. Məşhur filmlərimizin birində deyildiyi kimi: "Adam özünü harada rahatladar? Hamamda!”

Bəli, hamam səfası həm canını rahatladacaq, həm də əhvalını yüksəldəcək. Həm bədəninə, həm də üz dərinə qulluq etmək və dincəlmək üçün SPA- prosedurlarının əsl yeri var! Rəfiqələrinlə  ayrı - ayrılıqda həm dincələcək, həm də gözəlləşəcəksiniz... 

ŞƏRH YAZIN