Təbəssüm Xoşbəxtlik Gətirər

0
2352
Təbəssüm Xoşbəxtlik Gətirər

1. Təbəssüm qiymətsizdir, amma çox dəyər verir insana. Təbəssüm güləni də, bu təbəssümə şahidlik edəni də xoşbəxt edir.

2. Təbəssüm qarşıdakını sevindirdiyi kimi, səni də sevindirir.

3. Təbəssüm bəzən bir neçə saniyə üzdə qalsa da, yaddaşa ömürlük həkk olur.

4. Təbəssümə ehtiyac duymayan zəngin yoxdur. Kasıbı isə təbəssümü zənginləşdirir.

5. Təbəssüm hər evə sevinc, xoşbəxtlik gətirər.

6. Təbəssüm iki dostun şifrəsidir.

7. Təbəssüm ən yorğun insanı belə yenidən qüvvətləndirir.

8. Təbəssüm– satılmaz, alınmaz heç kirayə də verilməz.

9. Nə qədər bikef olsan da, üzündən təbəssümü əksik etmə, kimsə sənin təbəssümünə vurula bilər.

10. Üzdəki qırışlar yalnız təbəssümdən yaranmalıdır.

11. Təbəssüm qəlbin sevincidir. Əziz dostlar daima gülün, çünki sizin təbəssüm bəlkə də bir qəmli insanın sevincinə səbəb olacaqdır.

ŞƏRH YAZIN