Xoş Əhvalın Sirri ...

0
3782
Xoş Əhvalın Sirri ...

Yaxşı əhvalda qalmaq və bacardığın qədər depressiyanı özündən uzaqda saxlamaq hər zaman mümkün deyil. Amma bu sənin əlindədir. Sizə bunun sirlərini deyəcəm, siz də sınayın. Mən sınamışam, faydasını da görmüşəm. Növbə sizdədir! 

1. Doyunca yatın.
 
Normal yuxu 6-8 saat olmalıdır. İnsandan asılı olaraq bu rəqəm dəyişə bilər. Bütün həftə davam edən yorğunluğu həftə sonu çox yatmaqla çıxarmaq mümkün deyil. Hətta normadan bir saat az yatmaq növbəti günki fəallığınıza təsir edə bilər. Yuxusuzluq əhvalınıza mənfi təsir göstərə və düşünmə bacarığınızı zədələyə bilər. 

2. Sizi narahat edən şeylər haqqında düşünməyin.
 
Sizi narahat edən bir şey haqqında davamlı şəkildə düşünmək yalnış qərarlara və ya məyusluğa yol aça bilər. Beyninizin mənfi düşüncələrlə “dolmasının” qarşısını almaq üçün onu bədbin fikirləri sizdən uzaq tutacaq müxtəlif düşüncələrlə doldurmalısınız. Yaxşı bir film bu işdə sizə kömək edə bilər. 

3. Yatmazdan əvvəl xoşbəxt sonluqlu bir kitab oxuyun və ya film izləyin.
 
Baxdığınız qorxulu və ya pis məzmunlu bir film pis yuxulara yol aça bilər. Bu isə hətta növbəti gün əhvalınıza təsir edə bilər. 

4. Günə pis və ya bezdirici xəbərlər oxumaqla başlamayın.
 
İdman və ya sizə maraqlı gələn hər hansı başqa bölmədəki xoş və sadə xəbərləri oxuyun. Necə deyərlər, günə necə başlasanız, elə də bitirəcəksiniz. 

5. İş gününün sonunda bir az gəzişin.
 
İşdən sonra yaxınlıqdakı parkda bir az gəzişin. Bu, əhvalınızı tamamən dəyişəcək və günün sonunda bütün yorğunluğunuzu atmaqda sizə kömək edəcək.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN