Xoşbəxt Olmaq Ücün Nə Etməli.

0
10591
Xoşbəxt Olmaq Ücün Nə Etməli.

Xoşbəxtliyi gerçək bir hədəf olaraq görmək ona doğru müsbət addımlar atmamızı təmin edər"  Dalay Lama.

Xoşbəxt olmaq üçün bir çox şeyə ehtiyacınızın olduğunu düşünə bilərsiniz,amma ehtiyac duyduğunuz o şeylərin çoxunun əslində əvvəllər onsuz da sahib olub sonradan itirdiyiniz şeylər olduğunu çox fərq edə bilmirsiniz.
 
Özünü xoşbəxt deyil də bədbəxt sayan insanlar(təbii ki,heç bir səbəbi olmadan) xəstəliyə düçar olmuş insanlara bənzərlər. Belə səbəbsiz bədbəxtlik yoluxucu bir xəstəlik kimidir.Bu bədbin əhval-ruhiyyə çevrədə olan insanlara belə ziyan verə bilir.Bədbəxtliyin dalğa dalğa yayılmasının bir çox səbəbi var.Dalay Lama bu haqda fikirləri:
 
"Sakit və hüzn dolu bir zehni vəziyyəti qoruya, sağlamlığınız pis ikən də xoşbəxt biri ola bilərsiniz.Digər tərəfdən əgər daxili xüsusiyyətə, sakit-dinc bir ruha və içinizdə müəyyən bir tarazlığa sahibsinizsə xarici imkanlarının əskik olsa belə xoşbəxt və şən bir həyat yaşamanız mümkündür. "
 
Nə etməliyik?
 
Xoşbəxt olmaq hər keçən gün bir az daha çətinləşir. Xoşbəxtlik daha yaxşı bir həyata səfər olmaqdan çıxıb, çatılması çox çətin bir dağ, çatılması çox çətin bir çöl halına gəlir.
 
Xoşbəxt olmaq üçün bir-birimizə və həyata daha çox inanmalı, güvənməli, acı və sevinclərimizi bizi anlayan insanlarla paylaşmalıyıq.
 
Yaşamaqdan daha çox xoşhallanmalı, "kaş ki" lərə, "halbuki" lərə "mən" lərə daha az önəm verməliyik. Peşmanşılıq olmamalıdır, peşmanlıq duyacağımız şeyləri etməməliyik.
 
Geridə qalan maraqsız, qəmgin və ağrılı zamanlara ilişib qalmamalıyıq,kiçik səbəblər üzündən üzülməməliyik. İdmançıların dedikləri kimi önümüzdəki yarışlara baxmalıyıq!Daha az istəməli, daha çox verməli, daha az küsüb daha çox sevməliyik.Müsbət düşünməli, gözəl və xoş şeylər xəyal etməliyik. İctimai əlaqələrimizi inkişaf etdirib güçlendirmeli, aidiyyət duyğusuna əhəmiyyət verməli, inanc dünyamızı gücləndirməliyik.Ən çətin zamanlarda belə "Bu da keçər" deyib dik dayanmağı bacara bilməliyik.
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN