Xoşbəxtlik ...

0
2895
Xoşbəxtlik ...

Hər zaman həyatdan xoşbəxtlik istəyirik, amma xoşbəxtlik bizdən nə istəyir heç düşünməmişik. Heç xoşbəxtlik bizdən nə istəyir bilirsinizmi?

Xoşbəxtlik bizdən sevgi istər. Sədaqət istər, nifrətdən uzaq durmağımızı istər. Sulandıqca boy atan ağac kimi sevgiylə sulanıb, göylərə çıxmaq istər.

Xoşbəxtlik həssas gülə bənzər. Bir tək sözlə başını aşağı əyər və həmişə boynu bükük qalar. Ta ki, eşidəcəyi bir neçə sevgi dolu sözlə mehribanlıq və səmimiyyət görənə qədər.

Xoşbəxtlik daima xoşgörüş istər. Ən əhəmiyyətlisi, hörmət istər. Əgər bunları biz xoşbəxtliyə verə bilmiriksə, hədər yerə xoşbəxtliyin gələcəyini gözləməyin.

Xoşbəxtlik gəlmədiyi kimi, daima bizdən uzaqlaşar və əlçatmaz bir hədəf olar. Nə qədər çalışsaq da çata bilmədiyimiz bir hədəf.!

Böyük xoşbəxtlik olmasını gözləmə, kiçik xoşbəxtlikləri bilsən kifayətlənməyi də öyrənərsən. Sevginə sahib çıxsan, xoşbəxtlikləri öyrənərsən.

Xoşbəxtlik baxmaqdır, hörmət etməkdir, dinləməkdir, güvənməkdir.

Xoşbəxtlik paylaşmaqdır.

Xoşbəxtlik güvənə bilməkdir.

Xoşbəxtlik fədakarlıqdır!

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN