Xoşbəxtlik Gözəlliyi Tutma Sənətidir!

0
1765
Xoşbəxtlik Gözəlliyi Tutma Sənətidir!

Dünyanın ən tanınmış həkim və yazıçısı olan Deepak Chopra deyir ki, xoşbəxtlik, gözəlliyi tutma sənətidir. Çünki bu cümlə doğru qəbul edildiyi təqdirdə adamın həyatını kökündən dəyişdirə biləcəyi yeganə nöqtədir.


İnsanoğlu əslində nə pul, nə çox ehtiraslı bir eşq, nə də karyera ilə sonsuza qədər xoşbəxt ola biləcək bir quruluşa malikdir. Bu materialist dünyanın insana və ya özünə qoyduğu bir qaydadır və bu qaynaqlardan gələ biləcək bütün xoşbəxtliklər yalnız müəyyən bir zaman üçün insanı xoşbəxt etməkdədir. Adam bu qaynaqları əldə etdiyi zaman müəyyən bir dövr üçün özünü yaxşı hiss etməkdə, ancaq "alışma" dövrünə girdiyi andan etibarən bu yaxşılıq halı sürətlə tükənməkdədir. Ətrafımızda bu vəziyyətlə döyüşən bir çox insan görə bilərik. Bəlkə də fərqində olaraq və ya olmayaraq biz də belə biri ola bilərik. 


Kimi insan bu müddəti çox sürətli yaşayar, kimi isə çox yavaş. Əslində, bu, insanın təbii dövrüdür. Yəni bu yeni qaynaqlar tapma metodu insanın özünü inkişaf etdirməsi üçün də lazımlıdır. Təbii ki, sərhədləri olmaq şərti ilə. Amma yenə də sərhədləri nə olur olsun, xoşbəxt olma sənətinin özü bu deyil. Bəhs etdiyimiz xoşbəxtlik adamın hər cür hadisəyə və vəziyyətə qarşı özünü müsbət tutaraq xoşbəxt hiss edə bilmə halıdır. Bu davranış şəkli normal bir insanı çətin günlərdə güclü, xoşbəxt günlərdə zövq alan biri halına gətirər.

 

Çoxumuz artıq nə xoşbəxtliyimizin, nə də bədbəxt olduğumuzun fərqindəyik. Yarpaq kimi oradan-oraya süründürülərək gedən xoşbəxtlik halları insanı əslində eynilə narkotik qebul etmiş kimi o an üçün yaxşı hiss etdirər, təsiri keçdiyində isə geriyə qalan yalnız bezginlik və özünü günahlandırma olar. Əslində, gerçək xoşbəxtlik insanın yalnız öz-özünə yaratdığı bir duyğu halıdır və üzrümüz nə olur olsun, bunu yalnız biz özümüz bacara bilərik. Necəmi? Budur, çox sadə qaydalar…

 

Bütün itirmək xəyallarınızdan xilas olun

İnsanın ən böyük səhvi istədiyini əldə etdiyi andan etibarən onu itirəcəyi qorxusu yaşamasıdır. Bu paranoya insanı həm şüursuz olaraq itirməyə yönəldər, həm də əldə etdiyinin kefini çıxarmasına mane olar. Qazandığımız hər şeyin bizim üçün keçici olduğunu qəbul edə bilsək və bu anda yaşamağın normal olduğunu qəbul etsək , həyatdan zövq alaraq ömür sürə bilərik. İtirmək yalnız narahatlıq gətirəcək və nəticə də  itirmə qorxusu ilə heç nə   qazanmamaq olacaq.

 

Əvvəl özünüzü düşünün

Bu, əslində, tətbiq olunması çox çətin olan bir maddədir. Bir çox insanın içindən "Uşaqlarım", "Yoldaşım", "Sevdiklərim" deyə qışqırdığını buradan belə eşidə bilirəm. Bəziləri üçün yaxşı bir şeylər etmək, onlara sahib çıxmaq, sevmək bizi yaxşı bir insan halına gətirər. Sevgi dolu, düşüncəli və sevilən insanlar olarıq, amma bunun bir sərhədi olmalıdır. Bu sərhədin nə olduğu hər kəsə görə fərqli olsa da, ümumiyyətlə buna “zərər gördüyün nöqtədə divarları qoya bilmək bacarığı” deyə bilərik. "Sən xoşbəxt olmasan, başqasını necə xoşbəxt edə bilərsən ki?" sualı çox əhəmiyyətli bir sualdır. Keçici həllər, hadisələri örtbasdır etmək, xoşbəxtmiş kimi davranmaq problemi böyüdər.

Problemlər üst-üstə gəldikcə problemin özündən çox nəticələri əhəmiyyət qazanar və itkilər böyük olar. Buna ən sadə nümunə təyyarə səfərləridir. Bir ana körpəsi ilə yolçu kreslosuna oturarkən təhlükəsizlik kəmərini və ya ani bir təzyiq dəyişikliyində oksigen maskasını əvvəl özünə sonra uşağına taxar. Bu uçuş qaydalarının birinci maddəsidir. Niyə səbəbmi belədir? Çünki əvvəl o təhlükəsizlikdə olmalıdır ki, uşağını qorumaya ala bilsin. Qısası, özünü qorumaq başqalarını qorumaqdır.

 

Korlanmayın

Hər kəs zəngin, güclü, gözəl, pullu olmaq istəyər. Bu bizim özümüzə qoyduğumuz bir ictimai qaydadır, ya da o hala gətirildik. Əhəmiyyətli deyil. Bir firmada işləyirsinizsə, 25 şəxsiyyətin olduğu bir qrupun içərisindən boşalan satış müdiri mövqesinə yalnız bir adamın gələcəyini özünüzə qəbul etdirin. Geri qalan 24 adamın ən az yarısının bu mövqe üçün potensialı olan sizin qədər güclü, sizin qədər karizmatik kəslər olduğunun fərqində olun. Seçki üçün edəcəyiniz bütün hərəkətlər yaxşı bir məqsədə xidmət etməlidir. Xəyallarınızı reallaşdırmaq üçün korlanmayın, yalan danışmayın və ya özünüzü olduğunuzdan daha fərqli biri kimi göstərməyin.

Bu, ümumiyyətlə, köhnə fikirli olmaqdır, çünki kimsə axmaq deyil. Eyni vəziyyəti bir çox vəziyyət üçün örnəkləşdirə bilərik. Yoldaşınıza, uşağınıza, dostlarınıza, qısacası sizi sevən hər kəsə qarşı dürüst və açıq olun. Bu dinc olmanın tək qızıl qaydasıdır və ən əhəmiyyətlisi kimsənin haqqını yeməyin. Haqsızlıq hissi insanın özünü ən pis hiss etdiyi hallardan biridir və şəxsiyyəti zamanla zədələyər. Vəfasız olsanız, unudularsınız. Nə və ya kim olduğunuz heç əhəmiyyətli deyil. Başqalarına zərər verəcək şeyləri mümkün olduğu qədər etməməyə çalışın və ya etdinizsə də, səhvlərinizdən dərs çıxarın.

 

Zamanı doğru istifadə edin 

Bu cümlə dərhal hər yerdə ələ alınır, çünki insanın özünə aid keyfiyyətli zaman keçirə bilməsi, özünü xoşbəxt hiss etdiyi fəaliyyətlərdə iştirak etməsi qızıl qaydaların başında gəlir. Türkiyədə yaradılan səhv iş saatları, bütün həyatın işə həsr edilməsini istəyən tələbkar müdirlər, əslində, öz işlərinə nə qədər zərər verdiklərinin heç fərqində deyildirlər. İnsanların konsentrasiyalarını təmin etmək üçün müəyyən bir tutumları vardır və o tutum siz nə etsəniz daha üstünə çıxa bilməz.

Əslində, 9 saat işləyən bir işçi ilə 12 saat işləyən bir işçinin məhsuldarlıq baxımından heç bir fərqləri yoxdur. Hətta 9 saat işləyən çox daha məhsuldardır. Bu həqiqtin bir çox inkişaf etmiş ölkələrdə qəbul olunmasına baxmayaraq, təəssüf ki, ölkəmizdə israrla rədd edilməkdədir. Belə bir iş həyatına sahibsinizsə, edəcəyiniz ilk şey vaxtınızı çox yaxşı qiymətləndirmək üçün plan etməkdir. Həftəlik planlar etdiyiniz zaman özünüz üçün həftədə ən az beş-altı saat ayırın.


Sevməyi bilin

 

Sevmək inkişafın və öyrənmənin tək yoludur. Burada bəhs etdiyimiz sevgi hər şeyə qarşı duyulan sevgidir. Burada təbiətdən, heyvandan, insandan, səmadan hər şeydən bəhs edə bilərik. Amma əvvəlcə özümüzdən bəhs etməliyik. Özünüzü sevin. Siz bu dünyada təksiniz və xüsusisiniz. Gözünüzü, qaşınızı, hər şeyinizi sevin. Siz özünüzü sevdikcə başqalarının da sizi sevmə tutumuna inana bilməyəcəksiniz. Aynaya baxdığınızda özünüzə gülümsəməyi öyrənin. Özü ilə barışıq olan insanlar hər zaman qazanmışdır və qazanacaq. Sevmə tutumunuzu nə qədər genişlətsəniz, bir o qədər xoşbəxt olarsınız. Əslində, qaydalar sadə və həmişə eyni nöqtəyə gəlir; özümüzü sevməyi və saymağı bacarsaq, xoşbəxt olmanın ilk addımını atmış olacağıq.

Korrektə etdi: Elnarə İzel

ŞƏRH YAZIN