Xoşbəxtlik nədə gizlidir?

0
4001
Xoşbəxtlik nədə gizlidir?

 Hər kəsin xoşbəxtliyi fərqli nöqtələrdə gizlidir. Kimisi üçün pulda, kimisi üçün bir təbəssümdə, kimisi üçün xoşbəxtlik anlayışı yoxdur, kimisi üçün isə birisinin gözlərində gizlidir.


Hekayələrin birində deyilir:

Xoşbəxtlik haradadır?

İnsanoğlu xoşbəxtliyə əhəmiyyət vermirmiş. Həmişə şikayətçi, həmişə bezmiş. Bir gün mələklər, xoşbəxtliyi gizlətməyə qərar verirlər. "Gizlədək, çətin tapsınlar... Çətin tapdıqları üçün bəlkə qiymətini bilərlər" deyərək başlayırlar müzakirəyə... Problem böyük imiş... Xoşbəxtliyi gizlətmək asan deyilmiş çünki...

Kimisi: "Everestin ən yuxarısında gizlədək" deyir, kimisi "Sakit okeanının dibinə" deyir.

Tac mahala, Məkkə küçələri, italyan süfrəsi...

Bir xəstəxananın yeni doğan otağı, bir dondurma qabına...

Siqaret paketi, gül bağçası, bağçalı evlər...

Bir çox yerlər düşünürlər, amma heç biri kifayət qədər çətin olmur.

Deyərkən mələklərdən biri:

"Bəlkə öz içlərində gizlədək" deyir...

"Heç kimin ağılına gəlməz ki, öz içinə baxmaq!!!"

Bax, o gün bu gündür, xoşbəxtlik insanın içində gizlənir...

Heç bir xoşbəxtlik asan tapılmır. Asan asan gülmür insanın üzü...

İnsanın içində gizlidir xoşbəxtlik...

Xoşbəxtliyi görə bilən insanın öz daxilində xoşbəxtlik vardır ki, baxdığı yerə yansıyar.. Mənbəyi yenə öz içimizdə tapırıq..

Xoşbəxtlik haqda çox sevdiyim 2 cümlə: 

* Xoşbəxt insanlar hər şeyin ən yaxşısına sahib olanlar deyil, Sahib olduqlarının dəyərini bilənlərdir..

* Xoşbəxtlik insanın ovuclarının içərisində olur.. Sadəcə onu tutumağı bacarmalısan..
Əlimizdə olanların dəyərini bilək.. Xoşbəxt olaq.

ŞƏRH YAZIN