Xoşbəxtliyin Formulu Tapılıb

0
3007
Xoşbəxtliyin Formulu Tapılıb

Fərqli ölkələrdə fərqli alimlərin apardıqları fərqli araşdırmalarla xoşbəxtliyin formulu tapılıb. "Psychological Bulletin" jurnalında çap olunan araşdırmada tədqiqatçılar "xoşbəxtliyin resepti"ini yazıblar.
Gecə 6 saatdan çox yatın: Tədqiqatçılar gecə 6 saatdan çox yatan (təxminən 6 saat 20 dəqiqə) insanların günə yaxşı başladıqlarını bildirib. Uşaqlara və gənclərə isə 8 saat yatmaq məsləhət görülüb.
Hədəfləriniz olsun: Uzun, ya da qısa müddətli hədəfi olanların sıxıntılardan daha asan qurtulduğunu, hədəflərin həyata rəng qatdığını və ətrafla münasibətlərin daha sıx olmasına şərait yaratdığını vurğulanıb.
Həyatınıza mavilik qatın: Mavi rəngin insanın özünə inamını artırdığını və stressi azaltdığını bildirən alimlər xoşbəxtlik amilində vacib rol oynadığına diqqət çəkib. 
Yeniliklərə açıq olun: Yeni şeylər öyrənmək beyni və maraq hisslərini hərəkətə gətirdiyi üçün insanları daha xoşbəxt edir.
Səbirli olun: Gözəl anların dəyərini daha yaxşı anlamaq üçün səbirli olmaq lazım gəldiyini bildiriblər.
Başqalarına kömək edin: Hədiyyə alanlar, maliyyə yardımı edənlər və xeyriyyə işləri ilə məşğul olanlar digərlərinə nisbətən daha xoşbəxt imişlər.
Yaxşı dostlar qazanın: Alimlər sağlam dostluq əlaqələri quranların daha xoşbəxt olduğunu vurğulayıblar.
Sevib sevilmək: Tədqiqatçılar sevgi, eşq və həyatı başqa biri ilə bölüşməyin xoşbəxtlikdə böyük rol oynadığını bildiriblər. 
Xoşbəxt insan kimdir? Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana, təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim, qumdan evlər, qalalar düzəldən bir uşaq, yaxşı bir sənət əsəri yaratmış bir sənətkar. 
Bir çox insan Xoşbəxtliyi burnunun üstündə unutduğu eynək kimi ətrafda axtarar. Xoşbəxtlik top kimidir, diyirləndiyində arxasından qaçar, dayandığında ayağımızla təpiklərik


 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN