Yuxu Qidadan Da Vacibdir

0
2367
Yuxu Qidadan Da Vacibdir

Deyək ki, siz daha sürətli olmaq qərarına gəlirsiniz və bir həftə ərzində mümkün qədər  ac qalmağa çalışırsınız. Yeddi günün tamamında siz özünüzü necə hiss edəcəksiniz? Yəqin ki, ac olarsınız, ola bilsin bir az zəifləmisiniz, şübhəsiz ki, artıq arıqlamısınız. Lakin ümumilikdə siz özünüzü yaxşı hiss edəcəksiniz.


Gəlin indi də deyək ki, siz bir həftə ərzində özünüzü yuxusuz qoyursunuz. Yeddi günün tamamında siz özünüzü necə hiss edərsniz? Elə də yaxşı yox. Bir neçə gündən sonra sizin demək olar ki hərəkət etməyə taqətiniz olmayacaq. Buna görə də Beynəlxalq Amnistiya yuxu pozğunluğunu işgəncələr siyahısına daxil etmişdir.

İsrailin keçmiş baş naziri Menachem Begin öz xatirələrində DTK həbsində olduğu və yuxusuz saxlandığı vaxt haqqında White Nights (Bəyaz Gecələr) demişdir: Sorğu-sual olunan məhbusun beynində duman formalaşırdı. Onun ruhu yorğunluqdan əzab çəkir, ayaqları ağırlığına tab gətirmirdi və onun yeganə bir istəyi var idi – yatmaq… Bu təcrübəni yaşamış istənilən bir adam deyə bilər ki, bu nə susuzluq, nə aclıq ilə müqayisəyə gəlməz”.
Bəs onda nəyə görə biz həyatımızın artan tempinə görə ilk növbədə yuxunuzu qurban verməyə hazır oluruq. Biz həyatımız boyu belə bir miflə yaşayırıq ki, guya bir saat az yatsaq bizim məhsuldarlığımız daha çox olacaq. Əslində isə araşdırmalar göstərib ki, hətta qısa müddətli yuxusuzluqlar bizim sağlamlığımıza, əhval ruhiyyəmizə, bizim öyrənmək qabiliyyətimizə və məhsuldarlığımıza  nəzərəçarpacaq ziyan yetirə bilər.

Bizə dəyən zərərlərin çoxu gözlə görünməzdir. Kifayət qədər yuxu olmadıqda, misal üçün biz öyrəndiyimiz materialları bir-biri ilə birləşdirə və stabilləşdirə bilmirik, çünki gün ərzində oyaq qaldıqda bu mümkün olmur. Başqa sözlə, bu bizim yaddaşımıza mənfi təsir göstərir.
Beləliklə, bizim nə qədər yuxuya ehtiyacımız var? Tədqiqatçılar belə bir test həyata keçirmişlər. Test saatsız və pəncərələrsiz mühitdə saxlanılan insanlar üzərində aparılmış və onlara özlərini yorğun hiss etdikdə yatmaq tapşırılmışdır. Testə cəlb olunmuş insanlardan 95%-i hər 24 saatdan sonra 7-8 saat yatmışdır. 2.5%-ə  isə dincəlmək üçün 8 saatdan çox vaxt lazım olmuşdur. Bu o deməkdir ki, yalnız 2.5% insana özünü yaxşı hiss etmək üçün 7 saatdan az yatmaq kifayət edir. Bu hər 40 nəfərdən biri deməkdir.

Mən insanlarla söhbətlər əsnasında onlardan neçəsinin ötən həftə ərzində bir neçə gün 7 saatdan az yatdığını soruşanda, onların əksəriyyəti əllərini qaldırırlar. Bu istər özəl şirkət, müəllim, polis, istərsə də hökumət işçiləri olduqda da belə olur. Biz artıq tam, sözün hərfi mənasında  gümrah (oyaq) olmaq hissinin necə olması haqqında təsəvvürü itirmişik.

Dahi ifaçılar isə istisnadırlar. Bir qayda olaraq, onlar bizim hamımızdan daha çox yatırlar. Andres Erikson özünün məşhur araşdırmasında göstərir ki, skripka ifaçıları sutka ərzində 8.5 saat yatırlar, onlar günorta da 20-30 dəqiqə yatır, demək olar ki, orta amerikalıdan 2 saat artıq yatmış olurlar. Skripkaçıların sözünə əsasən, fərdi məşqlər istisna olmaqla, yuxu ən vacib amillərdən biridir.
Yuxu haqqında araşdırmalar aparmağa başladıqdan sonra getdikcə bu amilə öz şəxsi həyatımda da böyük üstünlük verməli olduğumu hiss edirdim. Mən çalışıram ki, gün ərzində 8 saat yatdığıma əmin olum, hətta səyahət etdikdə də mən 8.5 -9 saat yatıram. İndi də Kaliforniyadan Nyu-Yorka  gecə reysi ilə səfərə çıxıram, lakin səfər ərzində yatıram. Mən səhər saat 6 və ya 7-də evə çatsam, birbaşa çarpayıma gedirəm ki, səkkiz saatım tamam olana qədər yatım. Bu günlər ərzində belə nəticəyə gəldim ki, yaxşı olar ki, mən 5-6 saat ərzində 100% qüvvə ilə işləyim, nəinki 8-9 saat ərzində 60% ilə.

Yuxumu yaxşı aldıqdan sonra mən özümü daha yaxşı hiss edirəm, işdə fikrimi daha yaxşı cəmləşdirə bilirəm, öz emosiyalarımı da daha yaxşı idarə edirəm və bu məni əhatə edən insanların da xeyrinədir. Mən lazımı qədər yuxu ala bilmədiyim günləri heç sevmirəm, çünki bunun təsirləri özünü dərhal göstərir və qaçılmazdır. Tək-tək hallarda mən kifayət qədər yuxu ala bilməyəndə mən günortalar heç olmasa 20-30 dəqiqə yuxu almağa çalışırdım. Bu çox kömək edirdi.

Burada sizin yuxunuzun keyfiyyətini və kəmiyyətini artıracaq daha üç məsləhət verilmişdir:
•    Yatmağa daha tez gedin və bunun üçün vaxt qurun, düzgün səslənir elə deyil? Bu problemin başqa əlacı yoxdur. Əgər siz buna vərdiş etməsəniz hər dəfə daha çox oyaq qalmaq üçün qeyri-iradi bəhanələr fikirləşəcəksiniz, necə ki bunu indi edirsiniz.
•    Çalışın ki, bütün işlərinizi işığı söndürməzdən 45 dəqiqə əvvəl yekunlaşdırasınız. Əgər siz hələ də mailə cavab verirsizsə, ya başqa iş görürsünüzsə yata bilməyəcəksiniz. Yatmazdan öncə bitki çayı için, ya da sizə boşalmağa kömək edəcək musiqi dinləyin, darıxdırıcı kitab da oxuya bilərsiniz.
•    Sizin fikrinizcə yarımçıq qalmış işləri və ya həll edilməmiş hesab etdiyiniz məsələləri məhz yatağa uzanmaqdan öncə bir yerə yazmağa çalışın. Əgər sizin işlək yaddaşınızda hər hansı bir bənd qalsa, bu sizə yuxuya getməyə əngəl törədəcək. Sizin beyniniz bu məsələ haqqında düşünməkdə davam edəcək və gecə yarıya qədər yata bilməyəcəksiniz. Hətta siz gecə bir neçə dəfə yuxudan ayıla da bilərsiniz.
 

ŞƏRH YAZIN