Həyatını Daha Da Yaxşılaşdır

0
2334
Həyatını Daha Da Yaxşılaşdır

Hər gün bir şeir əzbərləyin.

Araşdırmalara görə şeirlər və filosoflara aid köklü sözlər yaddaşa yaxşı gəlir. Bu cür məşhur sözlər əzbərləndiyində yaddaş tutumu artır.

Həmişə maraqlanın.

Özünüzə hər vaxt maraqlanacaq şeylər tapın. Yeni şeyləri təcrübə edin və ətrafı kəşf edin. Bu, vizionunuzun genişləməsinə kömək edəcək.

Gəzin.

Bol - bol səyahət etmək və bilmədiyiniz yerləri kəşf etmək həm beyninizə, həm də bədən sağlamlığınıza yaxşı gələcəkdir. Fərqli mədəniyyətləri gəzin və burada öyrəndiklərinizin həyatınıza istiqamət verməsinə icazə verin.

Günəşdən qaçmayın.

Gün işığını qaçırmayın. Xüsusilə günəşli günlərdə mütləq çölə çıxın və təmiz hava alın. Araşdırmalara görə günəş depressiya ehtimalını azaldır və insanı xoşbəxt edir.

Yardımsevər olun.

Ətrafınızdakı insanlara mümkün olduğunca kömək etməyə çalışın. Birinə kömək etdiyinizdə özünüzü nə qədər yaxşı hiss etdiyinizi görəcəksiniz. Çünki yardımsevərlik dünyadakı ən təminedici hisslərdən  biridir.

Həmişə dürüst olun.

Etibarlı biri olmaq üçün nə olursa olsun hər zaman doğrunu söyləyin.
 
Az yatın.

Yuxu müddətinizi uzatmaq yerinə faydalı yuxu almağı yoxlayın. Gecələri 00:00-04:00 arasında mütləq yuxuda olun. Bu saatlarda bədən özünü yenilədiyi üçün az bir yuxuyla gümrah qalxa bilərsiniz.
 
Hədəflərinizi və xəyallarınızı təyin edin.
 
İstədiyiniz yerə çatmaq üçün mütləq xəyallarınızı təyin edin. Onlara çatmaq üçün hər gün bir şeylər edin.
 
Özünüzü inkişaf etdirin.

Fərdi inkişaf kitablarından kömək alaraq fərqli dünyagörüşlərini mənimsəyin və doğru qərar vermənizi, xoşbəxt olmanızı təmin edəcək fikirlər əldə edin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN