Özgüvəninizi bərpa edin

0
2165
Özgüvəninizi bərpa edin

 Utancaqlıq, özünəinamsızlıq səbəbindən itirdiyimiz çox fürsətlər var. Ünsiyyət, insani əlaqələr belə iflasa uğrayır. Çox yaradıcı fikirlərimiz olsa belə əgər utancaqsınızsa bu fikirlərin heç bir dəyəri qalmır. Çünki Siz onları ifadə etmirsiniz.


Utancaqlıq, özgüvəninizin aşağı olduğunu göstərir. Səhv etməkdən qorxduğunuz üçün özünüzə qapanırsınız. Niyə? Ətrafınızdakı insanlar səhv etmirmi? Səhv etmək fikir bəyan etməməkdən çox vaxt daha yaxşıdır. Özünüzə güvənin və fikrinizi rahatlıqla söyləyin.

Ətrafınızda onlarla insan varkən danışa bilmir və həyəcandan nə edəcəyinizi bilmirsinizsə, onlar yoxmuş kimi düşünün. Sanki ayna qarşısında danışırmış kimi müəyyən bir nöqtəyə fokuslanın. Zamanla göz təması qurmağa başlayacaq və rahat hiss edəcəksiniz.

Utancaq insanlar ümumiyyətlə müvəffəqiyyətlərini göz ardı edər və özünü dəyərsizləşdirər. Ümumi yığıncaqda dilə gətirmək istədiyiniz fikirlərinizin çox gərəksiz olduğunu düşünürsünüz? Xeyr! Hər fikir qiymətlidir. Öz dəyərinizi bilin və digərlərinin nə söyləyəcəyinə fikir verməyin.

ŞƏRH YAZIN